IEA: 2017-də bazar neftə boğulacaq


Beynəlxalq Enerji Agentliyi (IEA), OPEC-in planlaşdırdığı hasilat azaldılması baş verməsə, gələn il bütün dünyada neft bazarının artıq neftə boğulacağını açıqlayıb.

“Marja” xəbər verir ki, IEA bu gün açıqladığı aylıq hesabatında Oktyabr ayında hasilatın gündə 800,000 barel artımla 97.8 milyon barelə qalxdığını bildirib. Bunun səbəbləri, OPEC hasilatının rekord səviyyədə artımı ilə yanaşı, Rusiya, Braziliya, Kanada və Qazaxıstan kimi OPEC-ə daxil olmayan istehsalçıların da hasilatlarını artırmasıdır.

Baş ofisi Parisdə yerləşən IEA, 2016 tələb artımı proqnozu olan gündəlik 1.2 milyon bareli dəyişməyib və 2015-də gördüyü beş ilin ən yüksək səviyyəsi olan 1.8 milyon barreldən mərhələli olaraq düşən istehlakın, gələn il də eyni sürətlə artacağı proqnozunu verib.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Noyabr ayının sonunda toplanaraq neft hasilatının gündə 32.5 ilə 33 milyon barrel səviyyəsinə endirilməsi təklifini müzakirə edəcəkdir. Ancaq üzvlər arasında sərbəstliklər və hasilat səviyyələri məsələlərindəki fikir ayrılıqları təşkilatın ciddi bir razılaşma etməsi ehtimalına şübhə yaradır.

Hesabatda belə deyilir:

“Əgər Noyabrın sonunda Vyana toplantısında bir razılaşma olması və üzvlər öz hasilatlarını artırmağa davam edərlərsə, bazar 2017-ci il boyu bir artıqlıq yaşayacaq və neft qiymətlərində ciddi artım gözləntisi çox zəifləyəcək. Hətta gələn il neft bolluğu davam edərsə, qiymətlərdə bir geriləmə də gözləmək olar”.

IEA, “Bu o deməkdir ki 2017, 2016-da gördüyümüz kimi, dayandırılmayan bir təklif artımının baş verdiyi bir il ola bilər” – qeyd edib.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Ən ucuz implant diş hansı klinikadadır? – QİYMƏTLƏR

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: