Now Reading:
“İdmançılarımızın qızıl medal qazanması hamımızın arzusudur, amma…”
Full Article 50 second read

“İdmançılarımızın qızıl medal qazanması hamımızın arzusudur, amma…”



Pənah Hüseyn: “Unutmayaq ki, Azərbaycan böyük idman ölkəsi deyil”

Braziliyada keçirilən olimpiyada zamanı əksər idmançımızın ciddi uğurlarla yadda qalmaması cəmiyyətdə məyusluqla qarşılanmaqdadır. Maraqlıdır, siyasilər necə, olimpiyada oyunlarında Azərbaycan idmançılarının çıxışından razıdırmı?

Məsələ ilə bağlıModerator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn idmançılarımızın çıxışlarını izlədiyini, insanların bu çıxışlarla bağlı gözləntilərini anladığını vurğuladı:

“Olimpiyadaya, xüsusilə də xoşladığım idman növləri üzrə yarışlara baxıram. Azərbaycan bayrağı altında çıxış edən idmançıların da çıxışlarını izləyirəm. Təbii ki, onların uğur qazanması, qızıl medal alması, Azərbaycanın dövlət himninin səslənməsi bizim hər birimizin arzusudur. Lakin bunu da unutmaq olmaz ki, Azərbaycan böyük idman ölkəsi deyil. Bu səbəbdən də bütün çıxışların uğurlu olması mümkün deyil. Şübhəsiz, bizim arzuladığımız mümkün qədər çox medal qazanmaqdır. Ümid edək ki, idmançılarımız öz uğurları ilə bizi sevindirəcək və aldığımız medalların içində qızıl medallar da olacaq”.

 

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: