Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“İdmançılarımız qondarma respublikanın bayrağını cırıb, yerə atıblar” – Açıqlama

Azərbaycanın Gənclər və İdman Nazirliyi Ukraynada Kunq Fu və Uşu üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında baş verən kütləvi davaya münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib ki, davaya Ermənistan komandasının təxribatı səbəb olub.

“Ukraynada Kunq-Fu idman növü üzrə Avropa çempionatında azərbaycanlı idmançı Orxan Mehdiyev erməni idmançısına qalib gəlib. Bu məğlubiyyəti isə erməni idmançı həzm edə bilməyib. Ona görə də erməni komandası qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldırıb. Bu isə Azərbaycan komandasının etirazına səbəb olub və komandalar arasında konfilikt yaşanıb. Bu insidentdə bizim idmançılar qaldırılan bayrağı cırıb, yerə atıblar.

Bizim nümayəndə heyətinin anındaca ermənilərin təxribatına cavab verməsi və bayrağı cırması təşkilatçılara da bir etirazdır ki, bir daha belə hallara şərait yaratmasınlar”-deyə nazirlik rəsmisi qeyd edib.

Azvision.az

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

MTN generalı Vəli Əsgərov həbs olundu

%d bloqqer bunu bəyənir: