Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İcra Hakimiyyətinin saldığı yolu “Azərsu” dağıdır – Fotolar

Bakıda yeni təmir edilmiş yol dağıdılıb. Buna səbəb su və kanalizasiya sisteminin yenilənməsidir.

24saat.org Musavat.com-a istinadən xəbər verir ki, 2015-ci ilin əvvəlində əsaslı şəkildə təmir edilən Badamdar şossesi və Mikayıl Müşfiq küçəsinin bir hissəsi bağlanıb.

Hər iki yoldan istifadə edən sürücülər məcburi şəkildə yolun təmir getməyən hissəsindən istifadə edirlər. Bu isə günün istənilən saatlarında tıxacların yaranmasına səbəb olur.
“Qurd qapısı” deyilən ərazidən başlayaraq hər iki yolda hazırda su və kanalizasiya sisteminin yenilənməsi işləri aparılır.

Görülən işlər “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Təmir işləri hökumətin və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində baş tutur.

Bu işdə təəssüf və təccüb doğuran bir məsələ var. Yuxarıda da qeyd etdiyimiz kimi, adlarını çəkdiyimiz hər iki küçədə yol infrastrukturunun yenilənməsinin sadəcə bir ili tamam olub. Lakin indi həmin yol dağıdılaraq su və kanalizasiya sisteminin yenilənməsi işləri görülür.

Son illərin ən çox fərdi yaşayış evlərinin tikildiyi, inkişaf etdiyi qəsbələrindən olan Badamdarda su və kanalizasiya sisteminin yenilənməsi müsbət hal olsa da cəmi bir neçə ay əvvəl təmir olunmuş, külli miqdarda vəsait hesabına başa gələn işlərin üstündən xətt çəkilməsi başadüşülən deyil. Dövlət büdcəsindən ayrılan vəsaitlə hazır olan yeni yol, yenidən dövlət büdcəsindən maliyələşən başqa bir qurum tərəfindən dağıdılır. Bir sözlə, Bakı Şəhər İcra Hakimiyyətinin saldığı yolu, “Azərsu” dağıdır…

Onu da qeyd etmək lazımdır ki, bu cür anormal hal Azərbaycanda ilk dəfə deyil ki, müşahidə edilir. Dəfələrlə istər paytaxtda, istərsədə bölgələrdə bu cür hallara şahidlik etmişik. Bir məmur tikir, digəri isə dağıdır. Arada olan dövlət büdcəsindən ayrılan milyonlara olur…

 

İcra Hakimiyyətinin saldığı yolu “Azərsu” dağıdır -  Fotolar
İcra Hakimiyyətinin saldığı yolu “Azərsu” dağıdır -  Fotolar
İcra Hakimiyyətinin saldığı yolu “Azərsu” dağıdır -  Fotolar
İcra Hakimiyyətinin saldığı yolu “Azərsu” dağıdır -  Fotolar
İcra Hakimiyyətinin saldığı yolu “Azərsu” dağıdır -  Fotolar
İcra Hakimiyyətinin saldığı yolu “Azərsu” dağıdır -  Fotolar
İcra Hakimiyyətinin saldığı yolu “Azərsu” dağıdır -  Fotolar

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Jurnalist Aytac Əhmədovanın şikayəti baxılmamış saxlanıldı

%d bloqqer bunu bəyənir: