Now Reading:
İcra başçısının sındırdığı bayraq Kolumbiya bayrağı imiş – VİDEO
Full Article 30 second read

İcra başçısının sındırdığı bayraq Kolumbiya bayrağı imiş – VİDEO



Xəbər verdiyimiz kimi, Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı icra başçısı Əhəd Abıyev Ermənistanın şiferdən olan bayrağını yumruqla sındırıb.

İcra başçısının bu addımı sosial şəbəkələrdə müxtəlif baxışlardan şərh edilib.

Amma ən maraqlı olan odur ki, Ə. Abıyevin Ermənistan adı ilə sındırdığı bayraq Kolumbiya bayrağı olub. Rəngləri bir-birinə tam uyğun olan bu iki ölkənin bayrağı yalnız həmin rənglərin sıralanmasına görə fərqlənir. İcra başçısı isə bunun fərqində olmayıb.

Qeyd edək ki, bundan əvvəl də dəfələrlə Ermənistan bayrağı ilə Kolumbiya bayrağının dəyişik salınması halı baş verib.(Qafqazinfo.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: