24 saat

İcra başçısının qardaşı oğlu həbs olundu


Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Bu barədə aznews.az-a hüquq müdafiəçisi Adəm Məmmədov deyib. Vəkil Yunis Abdullayevin hazırda Kürdəxanı təcridxanasında saxlanıldığını bildirib:

“Bu barədə mətbuata məlumat verilməmişdən əvvəl məhkəmə həbs qəti imkan tədbiri seçilmişdi. 3 aydan sonra məhkəmə həbs müddətini uzatmadığına görə o, azad olunmuşdu. Sonra digər epizodlar ortaya çıxdı. Həmin epizodlara görə, Yunis Abdullayev 11 noyabrda məhkəmənin qərarı ilə həbs olunub”.

Yunis Abdullayevin dələduzluqda ittiham olunduğu bildirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: