Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İcra başçısının hədəsindən qorxan baş həkimlər hərəkətə keçdi

Sumqayıt xəstəxanalarında kütləvi təmirə start verilib

Bu günlərdə Sumqayıtda yerləşən bütün xəstəxana və poliklinikalarda kütləvi təmir-bərpa prosesinə start verilib. Bu barədə 24saat.org-u özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bir həftə bundan öncə icra başçısı Zakir Fərəcovun bəzi xəstəxana yetkililərinə töhmət verməsi və onları vəzifədən azad etməklə hədələməsi, xəstəxanaların baxımsız vəziyyətdə olmasını gündəmə gətirməsi şəhər ərazisindəki bütün xəstəxana və poliklinikaların rəhbərliyi hərəkətə gətirib. Məhz bu hədədən sonra “gözü çıxmış qardaşdan” dərs alan baş həkimlər həm xəstəxana binası daxilində, həm də xəstəxana həyətində öz vəsaitləri hesabına təmir prosesinə start verib.
Mənbənin sözlərinə görə, ən çox hərəkətlilik uşaq poliklinikalarında müşahidə edilir. Poliklinika rəhbərləri əsaslı təmiri 10 min manatlarla vəsait tələb edən binaların bütün otaqlarını olmasa da, bəlli bir qismini “abra salmaqla” pozitiv görüntü formalaşdırmağa çalışır. Lakin mənbə hesab edir ki, Z.Fərəcovun Sumqayıtın səhiyyə sistemindəki “təmizləmələri” davam edəcək və görüntü naminə atılan addımlar heç də hər kəsi xilas etməyəcək.
24saat.org

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Türkiyə mollalara necə təslim oldu?

%d bloqqer bunu bəyənir: