Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İcra başçısının gəlini Bakıda oturub rayondakı “iş yeri”ndən 500 manat maaş alır

Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin qanunsuz əməlləri barədə ölkə mediası yüzlərlə fakt yazmasına baxmayaraq, bu adam cəzasız qalmaqdadır.

Korrupsiyadan tutmuş digər neqativ əməllərlə məşğul olan icra başçısı son  dəfə gündəmə Mədəniyyət və Turizm Nazirliyinin xüsusi qoruq zonasında qanunsuz qızıl axtarışı apartmasına görə, gündəmə gəlmişdi. Düzdür, buna görə, ətrafında həbs aparılan icra başçısı həmçinin, PA rəhbərliyi tərəfindən töhmət alsa da yenə də neqativ işlərini davam etdirməkdədir.
Nizaməddin Quliyevlə bağlı daha bir fakt ortaya çıxıb. Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, icra başçısı rayon təhsil şöbəsində bir neçə qohumunun adını ştata saldırıb və onlar işə gəlmədiyi halda büdcədən əmək haqqı alır. Bu şəxslərdən biri də Nizaməddin Quliyevin gəlini Vüsalə Quliyevadır. Belə ki, faktiki olaraq, ailəsi ilə Bakı şəhərində yaşayan Vüsalə Quliyeva təhsil şöbəsinin həmkarlar təşkilatında ştatdadır və buna görə 500 manat məbləğində əmək haqqı alır.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Misir Mərdanov məni işdən çıxardanda Əli İnsanov ona dəstək verdi”

%d bloqqer bunu bəyənir: