İcra başçısından “humanist” təklif

Ünvanlı sosial yardım dayandırılsın…

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Sıraqəddin Cabbarov dünən Saatlı rayonunda Qurtuluş Günü ilə bağlı keçirilən tədbirdə ilginc açıqlama ilə çıxış edib.

24saat.org-a daxil olan məlumata görə, icra başçısı ünvanlı sosial yardımın dayandırılması təklifi ilə çıxış edib. S.Cabbarov iddia edib ki, ünvanlı sosial yardım yalnız şikəst, işləmək imkanı olmayan şəxslərə verilməlidir:
“Bu yardım yalnız əlillərə, zəlillərə verilə bilər. Əmək qabiliyyətli şəxslərə nə yardım? Belə yardımlar onları ələbaxımlı edir. Əmək qabiliyyətli şəxslər işləməli, özlərinə, balalarına çörək qazanmalıdırlar. İşləmək onları həm də bekarçılıqdan da xilas edər. Çünki insanların ağlına zərərli, ziyanlı fikirlər çox vaxt boş qalamqdan, bekarçılıqdan gəlir. Əgər onlar işləsə, zərərli fikirlərdən də uzaq olarlar”.

24saat.org

Şollar su kəmərinin təhlükəsizliyi şübhə altında – BAKI TƏHLÜKƏ QARŞISINDA

Sonrakı Yazı »

Putin ABŞ-ı Qarabağ nizamlamasından kənarlaşdırır

%d bloqqer bunu bəyənir: