Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
1478458930_6

İcra başçısı Gədəbəydə pensiya bazarı açıb – Özəl rəqəmlər

Gədəbəy rayonunda misli görünməmiş pensiya maxinasiyaları baş verməkdədir

Politika.Az-ın rayon sakinlərindən aldığı məlumata görə,
struktur dəyişiklikləri ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun əli büdcə vəsaitlərin mənimsənilməsindən üzülüb.

Odur ki, başçı bütün gücü ilə sosial müdafiə üçün ayrılan vəsaitlərin talan edilməsinə girişib. Bir qədər əvvəl onun vətəndaşlardan saxta “veteran” statusu düzəltmək adı ilə kütləvi pul yığdırması ilə bağlı məlumat verilmişdi. Məlum olmuşdu ki, müvafiq orqanlar bu işə razılıq verməyib, sadəcə başçı pul yığmaq eşqi ilə bu işə qol qoyub.

Gözlənildiyi kimi yığdırdığı pula görə verdiyi sözü tuta bilməyib. Aldadıldığını başa düşən vətəndaşlar pullarını geri tələb etməyə başlayıblar. Oktay adlı rayon sakini deyib ki, yığılan vəsaiti həzm rabedən keçirən başçı vətəndaşların pulunu qaytarmaq üçün yeni mənbə tapıb.

Politika.Az xəbər verir ki, bu gün rayonda əsl pensiya bazarı açılıb. Dövlət Sosial Müdafiə Fondunun müdiri Məsud Məmmədov başçının maraqlarını çox həvəslə təmin edir və saxta pensiya təyin edilməsi üçün fantastik məbləğdə rüşvət tələb olunur.

Belə ki, işləyib-işləməməsindən, xəstə olub-olmamasından asılı olmayaraq istənilən şəxs əlilliyə görə əmək pensiyası ala bilər. Saxta əlilliyin qiyməti 4-5 min manat, saxta stajla pensiya düzəltməyin də qiyməti təxminən o qədərdir. Beləliklə bir saxta pensiya vətəndaşa 8-10 min manata başa gəlir.

Qeyd edək ki, baş verən qanunsuzluqlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiə naziri Səlim Müslümova müraciət ediləcəyi bildirilib. Sakinlər inanır ki, nazir dərhal problemi yoluna qoyacaq.

Sakinlər nazirə və prezidentə müraciətində xahiş edir ki, ölkədə iqtisadi çətinliklərin baş verdiyi bir vaxtda dövlət vəsaitinin belə amansızcasına talanmasına yol verənlər haqda tədbir görülsün, Ramiz Yediyarovun və Məsud Məmmədovun fəaliyyəti araşdırılsın. Qarşı tərəfi dinləməyə hazırıq.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Gəncə Dövlət Filarmoniyasının tikintisinə 5 milyon manat ayrıldı – PREZİDENT SƏRƏNCAMI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: