Loading...
Loading...

“İcra başçısı evimi satdırdı: Zahid Orucun da xəbəri var”

“Vidadi İsayev tikiti işlərini bacanağı Mahmud adlı şəxsə tapşımışdı”

Bərdə rayon sakini Cəfərov Elgiz Əvəz oğlu Bərdə rayonu icra hakimiyyətinin başçısı Vidadi İsayevlə bağlı sensasion müraciət yayıb.

24saat.org saytı Arqument.Az- istinadən xəbər verir ki, Elgiz Cəfərov müraciətində Vidadi İsayevin Bərdədə quruculuq işləri zamanı onları aldatdığını və əməkhaqqı vermədiyini bildirib. Bundan sonra vətəndaş evini sataraq, özü ilə apardığı fəhlələrin pulunu ödəyib. Bir sözlə, rayon sakini evinin icra başçısı tərəfindən zorən satıldığını və səfil günə salındığını iddia edib.

Vətəndaşın müraciətində deyilir: “Bir neçə il əvvəl Bərdədə indiki icra başçısı Vidadi İsayev vəzifəyə gələndə, şəhərin quruculuq və abadlıq işlərində ustalara ehtiyac olduğunu bildirdi. Mən də Bakıda mənimlə işləyən işçi briqadasını yığıb 43 nəfərlə doğma rayonum Bərdəyə gəldim. Bərdə Rayon İcra Hakimiyyətinin təmir tikinti işlərinə rəhbərlik edən Mahmud adlı bir şəxslə (sonradan məlum oldu ki, icra başçısının bacanağıdır) şifahi razılaşdıq və elə həmin gün işə başladıq. Şəhərin yol kənarı hasarları, mağaza dükanları, idarə binalarının üz fasad daşlarının yenilənməsi işləri bizə tapşırıldı. İşin qiymətini də danışıb razılaşdıq.

İlk günlər hər şey normal idi. Bir müddət sonra bizi incitməyə başladılar. İşlər yekunlaşdıqca pulların verilməsində ləngimələr oldu. Bizə tapşırılan bütün işləri bitirdik, hansı obyektdən nə qədər pulumuz qalmışdısa, həmin siyahını götürüb Vidadi İsayevin qəbuluna getdim. İcra başçısına dedim ki, 5300 manat alacağımız var. O da siyahını götürüb dedi: “Narahat olma, Mahmud müəllimi çağırıb siyahını verəcəm ona. Getsin bütün pulları toplasın versin”.

Vidadi İsayevlə birlikdə şəhər parkına getdik. Oradan zəng edib Mahmud müəllimi çağırdı. Mən bir az kənarda idim. Bunlara yaxınlaşmaq istəyəndə başçının “qoçu”ları qarşımı kəsdi. Mənə sərt şəkildə: “Əgər burdan uzaqlaşmasan səni içəri soxduracam, alacağın pulun üstünə də 5300 qoyub polisdən özünü qurtaracaqsan”, – dedi.

Mən oradan uzaqlaşdım, sabahı gün başçının müavini Vidadi İmanquluyevi tapdım. O, mənə cəmi 800 manat pul verdi və Bərdəni tərk etməyimi istədi. Əks halda məni tutduracaqların bildirdi. İşlətdiyim fəhlələr isə zəhmət haqlarını tələb edirdilər. Nəhayət, məcbur qalıb faizə pul verənlərdən 6 min dollar alıb, fəhlələrin alın təri, əl qabarlarını ödədim. O gündən Bərdədən uzaqlaşdım. Bakıda işləyib borcumu qaytarmağa çalışdım, ancaq o pulun faizini qaytara bilirdim. Əsas məbləğ olan 6000 dollar qalırdı. Nəhayət, keçən ilin yayında ata evimizi satdırıb o borcu bağladım.

Buna da baxın – Bərdədə təmizlik rəzaləti – BU FOTOLAR HAMINI ŞOKA SALACAQ!

Ötən 5 ilə yaxın vaxtda nə qədər cəhd etdimsə, icra başçısın qəbuluna düşə bilmədim. Sonra Bərdə rayonundan Milli Məclisə deputat seçilən hörmətli millət vəkili Zahid Orucun qəbulunda oldum. Zahid müəllim Vidadi İsayevlə görüşümə kömək etdi. Bu ilin fevral ayının 10-da V.İsayevlə görüşdüm.

Vidadi İsayev: “Sizi Mahmud deyilən adam işlədib, gedin Mahmudu verin məhkəməyə pulunuzu alın”, – dedi.

Yenə Zahid müəllimin yardımı ilə Bakıda başçının bacanağı Mahmudla görüşdüm. Mahmud bildirdi ki, “Mən ancaq başçının göstərişlərini icra etmişəm. Dövlət büdcəsindən həmin obyektlər üçün vəsait ayrılsa da, V.İsayev sahibkarlar və idarə müdirlərinin ödəməsini tapşırmışdı. Sonra idarə müdirlərini işdən qovub, öz qohumlarını təyin elədi”.

Qeyd edək ki, regionların inkişafı üçün ayrılan vəsaitlərin yerli icra başçıları tərəfindən talan edilməsi yeni məlumat deyil. Hətta ölkə başçısı da çıxışlarında dəfələrlə bəyən edib ki, icra başçıları rayonlarda layihələrin həyata keçirilməsi və abadlıq işləri zamanı tələb olunan vəsaitləri sahibkarlara ödətdirir. Amma bu dəfə Bərdədə bir az fərli oldu. İcra başçısı Vidadi İsayev kasıb fəhləni evini satmaq məcburiyyətində qoydu.

Yazıda adıkeçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

”Heroindən istifadə edən adamın qapısının açarı olar”

%d bloqqer bunu bəyənir: