Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İcra başçısı: Bayrağı mən sökdürmüşəm

Lütvəli Babayev: Bayrağı harada gəldi, özü də qəbirstanlıqda asmırlar

“Mənim işimlə bağlı məni niyə sorğu-sual edirsiniz ki? Prokuror-zadsız? Bayrağı harada gəldi, özü də qəbirstanlıqda asmırlar. Həmin bayrağı və plakatı mən sökdürmüşəm”.

“hurriyyet.org yazır ki, bu sözləri Zərdabda şəhid məzarı üzərindəki bayrağı sökdürən icra başçısı Lütvəli Babayev “gununsesi.info”ya deyib.
L.Babayevin aprelin 6-da şəhid olan Nurlan Abdullazadənin məzarı üzərində asılan bayrağı sökdürməsi mediada və sosial şəbəkələrdə ictimai qınaqla qarşılanıb və şəhidlərə qarşı hörmətsizlik kimi qiymətləndirilib.

Sayta açıqlamasında icra başçısı şəhidin valideynlərinin narazılığına “Daha nə istəyirlər? Nə lazımdırsa, o ailə üçün edilib. Amma gedib hay-küy salırlar” deyərək cavab verib.

Lütvəli Babayevin göstərişi ilə Zərdab rayon Dəkkə kəndində 6 aprel tarixində şəhid olan Nurlan Abdullazadənin qəbrinə hücum olub. Atasının qəbirin yanında öz hesabına hazırlatdığı dövlət bayrağı dirəkdən endirilib. İcra Hakimiyyəti əməkdaşları bayrağı şəhid atası Rasim Abdullayevin üstünə ataraq “Bunu buradan götür” deyiblər.

Hadisədən bir gün sonra rayon Əlillər Cəmiyyətinin sədri Neman Yediyarov və rayon Polis İdarəsinin rəis müavini ilə şəhid ailəsinin yaşadığı ünvana yollanıb. Onlar Nurlan Abdullazadənin valideynlərinə qəbirstanlıqdakı bayrağı bir daha oraya asmamağı və qəbirstanlığın girişində Nurlanın şəklini əks etdirən plakatı sökməyi tapşırıb bayrağı lar.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Sabahın hava PROQNOZU

%d bloqqer bunu bəyənir: