Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İcra başçılarının Sumqayıt qarşıdurmasının “tarixi kökü”

 

Zakir Fərəcov Xaləddin İsgəndərovla çoxdan yola getmirmiş

Ötən günlərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla “Sumqayıt” lövhəsinin uçurulmasına görə üz-üzə gəlməsi, qarşıdurma nəticəsində BRİH-nin I müavinin həbs edilməsindən bəhs etmişdik.

Bu günlərdə özəl mənbədən  24saat.org-a daxil olan məlumatda icra başçılarının qarşıdurma tarixi ilə bağlı maraqlı məqamlar yer alıb. Mənbənin sözlərinə görə, Z.Fərəcovla X.İsgəndərovun ilk toqquşması illər bundan öncə, Z.Fərəcovun Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olduğu dönəmdə baş verib. Belə ki, həmin dönəmdə Z.Fərəcovun Binəqədi rayonu ərazisində hər kəsin “mal bazarı” kimi tanıdığı ərazidəki mübahisəli torpaq sahəsinə iddia etməsi X.İsgəndərovun kəskin etirazına səbəb olub. Uzun sürən danışıqlara rəğmən dil tapa bilməyən icra başçıları son olaylarda olduğu kimi maraqlı qalmaqala imza atıb. Tərəflər bir-birindən cəmi bir neçə metr aralı məsafədə iki lövhə basdırıb. Lövhələrdən birində ərazinin Binəqədi rayonuna, digərində isə Abşeron rayonuna aid olduğu göstərilib.

Mənbənin sözlərinə görə, iki məmurun barışmaz münasibətinin simvolu olan lövhələr Z.Fərəcovun ARİH-nin rəhbəri olduğu son günə qədər toxunulmamış qalıb.

Bilgili qaynağın sözlərinə görə, “Sumqayıt” lövhəsi ilə bağlı olay köhnə intriqanın yeni müstəvidə alovlanmasına səbəb olub və keçmiş düşmənçiliyə yeni nəfəs verib.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

KİVDF qaliblərə “paket” verdi – vergi qaçaqmalçılığı, yoxsa?..

%d bloqqer bunu bəyənir: