Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İbrahimoviç burnunu Türkiyədə düzəldirəcək

Yıldız bir çox futbolçuları əməliyyat edib.
Isveç yığmasının ulduz futbolçusu Zlatan İbrahimoviç yaxın günlərdə Türkiyəyə gələcək.

ANS PRESS-in məlumatına görə, İbra İstanbulda burnunu estetik əməliyyat etdirəcək.
İbrahimoviçin əməliyyatını məşhurların estetik əməliyyatını etmiş Ayşe Yıldız həyata keçirəcək.

Futbol sahəsində bir çox məşhur şəxsə estetik əməliyyat etdiyini bildirən Ayşe Yıldız xüsusən Erkan Zenginin əməliyyatını İbrahimoviçin çox bəyəndiyini deyib. Həkim bildirib ki, isveçli futbolçu bu səbəbdən əməliyyatın məhz onun tərəfindən aparılmasını istəyir: “Erkan Zengini yeni əməliyyat etdik. İbrahimoviç onun burnunu bəyənib. Ona görə də bizim yanımıza gələcək”.

Ayşe Yıldız bu günədək Alper Potuk, Veysel Sarı, Volkan Demirel, Əmrə Çolak, Ahmet İlhan Özek, Hasan Şaş kimi futbolçuları estetik əməliyyat edib.

Bu mövsüm PSJ-dən ayrılan Zlatan İbrahimoviç “Mançester Yunayted”ə keçəcəyi gözlənilir. Bu barədə İsveçin məşhur “Sportbladet” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, İbra karyerasını Joze Mourinyonun çalışdıracağı klubda davam etdirəcək. İbrahimoviç həm də klubda sadəcə futbolçu olmayacaq. İsveçli ulduz eyni zamanda Mourinyonun köməkçisi olacaq.

“Yuventus” 2004-cü ildə “Ayaks”dan 16 milyon avroya aldığı İbrahimoviçi 2 il sona 24,8 milyon avroya “İnter”ə satmışdı. O, 2012-ci ildə 21 milyon avro qarşılığında PSJ-yə transfer edilib. İbrahimoviç “Yuventus”la 2 dəfə İtaliya çempionu olub. İbrahimoviç İsveçdə “Malmö”, Hollandiyada “Ayaks”, İtaliyada “Yuventus”, “İnter”, “Milan”, İspaniyada “Barselona” və Fransada PSJ-nin formasını geyinib. Karyerası ərzində 28 kubok qazanan futbolçu 4 ölkədə çempionluq sevinci yaşayıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Türkiyə təyyarəsi məcburi eniş etdi

%d bloqqer bunu bəyənir: