Loading...
Loading...

“I vitse-prezident olandan sonra baş nazir postu ləğv edilməlidir”

“Konstitusiyaya ediləcək mövcud dəyişikliklərə görə, baş nazir postu saxlanılır. 2002-ci ildə keçirilmiş referendum zamanı təklif etmişdim ki, prezidentin səlahiyyətlərinin daha da konkretləşdirilməsi lazımdır.

ABŞ modelinə keçmək daha uğurlu olar. Yəni vitse-prezident vəzifəsində olan şəxs həm də baş nazir rolunu, funksiyasını yerinə yetirsin. Amma o zaman bu təkliflər qəbul edilmədi”.

 

Bu sözləri Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev  deyib.

 

Hüquqşünas bildirib ki, I vitse-prezident eyni zamanda baş nazirin vəzifə səlahiyyətlərini də icra etməlidir:

 

“Hesab edirəm ki, I vitse prezident və vitse prezident  vəzifələrinin təsis edilməsinə siyasi sistemin dəyişikləri kimi baxmaq lazımdır.

 

Dünyanın bir çox ölkələrində vitse-prezident hətta lazım olduğu müddətcə prezidentin səlahiyyətlərini də icra edir. Bu baxımdan Azərbaycanda da ABŞ modelli vitse-prezident institutu təsis edilsə daha uğuru olar.

I vitse-prezidentə birbaşa olaraq baş nazirin səlahiyyətləri də verilsə, daha effektli nəticələr verər”.

 

Əliməmməd Nuriyev söyləyib ki, vitse-prezident vəzifəsi ölkə prezidentinin öz səlahiyyətlərini paylaşdırması şəklində icra olunacaq.

 

O bildirib ki, vitse-prezidentlik yarandıqdan sonra baş nazir postu ləğv olunmalıdır:

 

“İstənilən halda bu vəzifələrin təsis edilməsi çevik idarəetməyə imkan verən iqtisadi və sosial islahatlar dövründə əhəmiyyətli addımlar olacaq. Vitse-prezident, I vitse-prezident vəzifələrinin icrası prezidentə məxsus vəzifə və səlahiyyətlərin paylaşdırılması prinsipi əsasında həyata keçiriləcək.

 

Vitse-prezident və I vitse-prezident institutu formalaşdırıldıqdan sonra baş nazir vəzifəsi ya ləğv olunmalı ya da səlahiyyətləri bu yeni vəzifəli şəxslərə verilməlidir.

I vitse-prezident və vitse-prezidentə zamanla baş nazir vəzifəsinin səlahiyyətləri də verilə bilər. Bütövlükdə ölkədə icra hakimiyyəti prezidentə məxsusdur. O, da öz səlahiyyətlərini hansı formada kimlərə verəcəksə o formada da icra olunacaq”.

 

Ekspert əlavə edib ki, yeni yaradılacaq vitse-prezidentlik vəzifəsi dövlət orqanlarını, idarəetmə strukturlarını və xarici siyasət idarələrini kurasiya edə biləcək:

 

“Ola bilsin ki, vitse-prezident və I vitse-prezident vəzifələri olan şəxslərə sonradan müəyyən administrativ səlahiyyətlər də verilsin.

 

Yəni vitse-prezident və I vitse-prezident vəzifələrini icra edəcək şəxslər kuratorluq formasında onlara veriləcək müvafiq sahələri kurasiya edəcəklər. Buraya beynəlxalq diplomatik əlaqələrdən tutmuş daxili inzibati idarəçiliyə qədər məsələlər daxil olacaq”.

 

Qeyd edək ki, prezidentin sərəncamına əsasən, Konstitusiyaya dəyişikliklər edilməsi üçün referendum sentyabrın 26-da keçiriləcək.

 

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Aprel döyüşlərinin siyasi nəticələri unudulur – Təhlükə

Loading...
%d bloqqer bunu bəyənir: