Now Reading:
İ.Əliyev Sammitdə Qarabağdan danışdı
Full Article 50 second read

İ.Əliyev Sammitdə Qarabağdan danışdı



2E49D632-D343-4A30-A254-78F8AFF75512_w640_r1_s“Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir”. Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən sammitində çıxışında belə deyib.

AZƏRTAC-ın xəbərinə görə, prezident son illərdə İƏT-ə üzv ölkələrin yüksək çinli nümayəndələrinin Bakıda çoxsaylı görüşlər keçirməsindən, qurumun qarşılıqlı dəstək və həmrəylik yolunda fəaliyyətindən danışıb. İlham Əliyev iştirakçıların diqqətini Dağlıq Qarabaş münaqişəsinə yönəldib.

“Ermənistan 20 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Lakin Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır” – deyən ölkə başçısı aprelin əvvəllərində baş verən gərginlik barədə danışıb.

İlham Əliyev həmçinin, 2017-ci ildə Bakıda İslam Həmrəylik Oyunlarının keçiriləcəyi haqda danışaraq bütün sammit iştirakçılarını oyunları izləməyə dəvət edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: