Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ek

Hüseynqulu Bağırov xalası oğlunun obyektini niyə sökdürüb? – Nazirlikdən sərt AÇIQLAMA

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağərovun öz xalası oğlu, iş adamı Abbas Zeynalovun “Orman” adlı istirahət mərkəzini sökdürməsi və bununla bağlı keçirilən məkəmədə uduzması barədə məlumat yaymışdıq. Məsələ ilə bağlı nazirlik dərhal reaksiya verib və  məlumatı təkzib edərək, zərərşəkmiş kimi təqdim edilən şəxsin əslində, özünün qanunsuzluq etdiyini bildirib. BakıPost qarşı tərəfin cavab haqqını tanıdığından qurumun Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimovanın imzasıyla redaksiyamıza daxil olan həmin materialı olduğu kimi təqdim edir:

Abbas Zeynalovun Quba rayonunun meşə fondu torpaqlarındakı  “Orman” adlanan ictimai iaşə obyektinin qanunsuz olaraq sökülməsi barədə iddiaları əsassızdır. Bu şəxs 1 milyonluq obyektinin dağıdılması barədə yalan iddialar irəli sürməklə bir daha öz qanunsuz əməllərini etiraf edir və dövlətin meşə sahəsini zəbt etdiyini boynuna alır. Çünki o, dəmir köşkün dəyərini şişirdib 1 milyon deyir, əslində köşkün 10 min manat da qiyməti yoxdur, 1 milyon dəmir köşkün deyil, qanunsuz zəbt və məhv etdiyi meşə sahəsinin dəyəridir.  A. Zeynalov bir neçə il əvvəl Qəçrəş bələdiyyəsi ərazisində zəbt etdiyi sovet dövründən qalmış özəlləşdirilməsi qanunamüvafiq həyata keçirilməyən “Neptun” adlı ictimai-iaşə obyektini, yəni dəmir konstruksiyalı köşkünü meşə ərazisinə öz qanunsuz iddialarını əsaslandırmaq üçün plan quraraq  sürüşdürüb, dövlət meşə fondu torpağına yerləşdirib və adını gah “Ormançı”, gah da “Neptun” qoyaraq işlədib.15 il ərzində məqsədli şəkildə ərazinin ona məxsus olduğu görüntüsünü yaradıb, dövlət orqanlarının işçilərini, o cümlədən ekologiya və meşə işçilərini  müxtəlif vasitələrlə şantaj və təhdid edərək dövlətin müstəsna mülkiyyəti olan meşə fondu torpağının özününküləşdirilməsi üçün ciddi cəhdlər göstərib. Ekologiya Naziri ilə qohumluğunu deyib, onun adından sui-istifadə edib, meşə işçilərini qorxudaraq öz məqsədləri üçün yararlanıb. Buna görə bu qədər müddət saxta fəaliyyət göstərə bilib. Hələ çəkinmədən meşə fonduna aid sahəni, guya restoranın köhnədən yerləşdiyi ərazisidir, adı ilə M.Abdullayev soyadlı vətəndaşa 100 min manata satıb. Bu da dövlət əmlakının zəbt edilərək satılması kimi cinayət tərkibi yaradır və cinayət hesab edilir.  Lakin yeni təyin olunan meşə müdiri nəhayət ki, Nazirə bu şəxsin onun adından sui-istifadə etdiyini, qanunsuz əməllər törədərək təbiətə və dövlətə zərər yetirdiyini məruzə edəndən sonra dərhal zəbt olunmuş və bərbad hala salınmış meşə sahəsinin qanunvericiliyə uyğun olaraq əvvəlki təbii vəziyyətinə qaytarılması üçün  qanuni tədbirlər görülüb. Ərazidən qanuni istifadə üçün 15 il ərzində nazirliyin meşələrini idarə edən departamenti ilə qanuni bağlanmış müqavilə olmadığına və Azərbaycan Respublikasının Meşə Məcəlləsinin müvafiq müddəaları kobud şəkildə pozulduğuna görə qanunazidd qurğuların və konstruksiyaların sökülməsi qaçılmazdır. Ortada mübahisələndirmək üçün hər hansı bir rəsmi sənəd olmadığından, meşə fondunu qanunsuz ələ keçirərək özəlləşdirilməsi cəhdi və icazəsiz tikintilərin aparılmasına qanun icazə vermədiyindən söküntü məhkəmənin qərarı olmadan həyata keçirilir. Yəni əgər meşə işçilərinin vəzifəsi meşəni mühafizə etməkdirsə, necə ola bilər ki, kimsə gəlib meşəni dağıdırsa, qanunsuz nəsə tikirsə, meşə işçisi məhkəmədən meşəni qorumaq barədə icazə almalıdır? Həmin ərazinin meşə fondu torpağına daxil olmasını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi 2016-cı il 28 oktyabr tarixli 169120207800 nömrəli məktubu ilə təsdiq edib. Eyni zamanda Əmlak Komitəsi vaxtilə Qəçrəş bələdiyyəsinin ərazisində fəaliyyət göstərmiş ”Neptun” restoranının da qanunamüvafiq özəlləşdirilmədiyini və faktiki zəbt edilərək yerinin dəyişdirildiyini arayışla təsdiq edir.
Bir daha qeyd edirəm ki, Abbas Zeynalov  bir neçə il ərzində meşə işçilərini təhdid edərək meşə bitkilərini məhv etməklə 2 hektardan çox meşə fondu torpağını özbaşına tutub, meşə qanunvericiliyində nəzərdə tutulmadığı halda, mişar daşından müxtəlif ölçülərdə çoxsaylı primitiv tikinti və quraşdırma işləri aparıb. Bu əməllər nəticəsində meşə fonduna külli miqdarda ziyan dəydiyi hesablanıb. Bununla A.Zeynalov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı və 188-ci maddələri ilə cinayət əməli törədilib. Eyni zamanda o, dövlətin rüsum və vergilərini də ödəməyib.
 Bütün qanunsuzluqlarına rəğmən bu şəxs qanunsuz  tikililərin sökülməsi və ərazinin boşaldılaraq əvvəlki təbii vəziyyətinə gətirilməsi barədə qanuni tələbi yerinə yetirmək istəməyib. Öz xidməti vəzifələrini icra edən dövlət müəssisəsinin əməkdaşlarına hədə-qorxu gəlib, ictimai qaydanı kobud surətdə pozmaqla açıqca hörmətsizlik göstərib. Hətta fiziki təzyiqlər göstərməklə zor tətbiq edib, nəqliyyat vasitələrinin şüşələrini sındıraraq maddi ziyan vurub. Qeyri-qanuni istifadə etdiyi dövlət meşə fondu torpağını boşaltmayacağını nümayişkəranə şəkildə nalayiq sözlərlə ifadə edib. Lakin A.Zeynalovun şantajları keçməyib və qanunsuz tikililər ləğv edilib, onun əməlləri ifşa olunub.
Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, ora-bura yazdığı yalan və böhtan dolu məktublarından da görünür ki, bu şəxs ərazinin meşə fonduna aid olduğunu anlayır və əlində heç bir əsası olmadığı üçün müxtəlif gülünc arqumentlərlə əraziyə olan haqqını əsaslandırmağa çalışır. Halbuki bu haqqı ona verə bilən və hər il yenilənən icarə müqaviləsi olmalı idi ki, o da yoxdur. Nazirliyin xəbəri olmadan yerli meşə idarəsi ona təklif edib ki, müqavilə bağla. O, bu müqaviləni bağlamaqdan belə imtina edib. Ərazidən çıxarılması ilə bağlı qərar veriləndən sonra əl-ayağa düşməyə və şər böhtan atmağa başlayıb. Eşitdiyimə görə bu şəxs öz dairələrində patoloji yalançı və fürsətçi kimi tanınır.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İlham Əliyev icra başçılarına yeni tapşırıq verdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: