Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
hc.jpg

Hüseyn Cavidi ilk dəfə canlı görün – Video

Bu gün böyük dramaturq Hüseyn Cavidin doğum günüdür.

Cavid əfəndi 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub. Ədəbiyyat tariximizdə ilk mənzum faciə (“Şeyx Sənan”) və ilk mənzum dramın (“Ana”) müəllifi olan Hüseyn Cavidin “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub.

XX əsr Azərbaycan romantizminin ən böyük nümayəndəsi hesab olunan Cavid daha çox dramaturq kimi tanınıb.

Onun “İblis”, “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” kimi əsərləri ədəbiyyatımızın nadir inciləridir.

Teatrımızın inkişafında da misilsiz xidmətləri olan Hüseyn Cavid 1941-ci il dekabrın 5-də Sibirdə amansız sürgündə vəfat edib.

Görkəmli sənətkarlarımızın əlyazmaları, fotoları nadir hallarda günümüzə qədər gəlib çatır. Bu mənada, Cavidin 2003-cü ildə lentə alınmış “Səma şairi” filmindəki nadir görüntülərini qiymətli xəzinə hesab etmək olar.

Qeyd edək ki, videoda Azərbaycan-türk ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli xadim Əli bəy Hüseynzadə də yer alıb.

axar.az

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Bermud üçbucağının sirri açıldı – MARAQLI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: