Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hüseyn Abdullayev növbəti dəfə hakimiyyəti ittiham etdi

Keçmiş millət vəkili, hazırda Almaniyada mühacir həyatı yaşayan Hüseyn Abdullayev növbəti dəfə hakimiyyəti ittiham edib. Onun “Fcaebook” səhifəsində paylaşdığı statusu təqdim edirik:
“Dəyərli dostlarım!
Sizə məlumdur ki, mən Azərbaycan hüquq və məhkəmə sistemində baş verən özbaşınalıqlarla bağlı bir çox açıqlamalar verib, mövcud rejimin əsl simasını ortaya çıxarmaq istəmişəm. Və bu gün həmin sahələrdə tüğyan edən komik olaylar bir daha fikir bildirməyimi zəruri edir.
Deməli uzun müddətdir həm dünya mediyası, həmdə yerli kütləvi informasiya vasitələri sabiq milli təhlükəsizlik naziri və ona yaxın olan bir qrup yüksək rütbəli şəxslərin törətdiyi məlum quldurluq, soyqunçuluq, iş adamlarına qarşı əsl reket hərəkətləri və digər təstiq olunmuş ağır cinayətlər haqqında saysız-hesabsız məqalələr dərc etmişlər. Lakin bu işin ən təəccüb doğuran tərəfi ondadır ki, sadaladığım və ölkəmizin adına böyük rəzalətlərə imza atmış MTN əməkdaşlarının çoxu həbs edilsədə, həmin nazirliyə rəhbərlik etmiş sabiq və heç bir toxunulmazlıq statusu olmayan Eldar Mahmudov hələdə ”güya məlum olmayan” səbəblərdən bu günə kimi həbs edilməyib. Belə olduqu halda mən buradan öz hakimiyyətini qorxu, zülüm ve tiranlıq üzərində bərqərar etmiş İlham Əliyev və ona tabe olan Baş prokuror, Daxili işlər naziri və ədliyyə sisteminə cavabdeh olan cənablardan soruşmaq istəyirəm. Əcaba, Hüseyn Abdullayev 2007-ci il mart ayında hansı təhlükəli bir vəziyyət yaratmışdı ki, dərhal parlamentin fövqəladə iclasını çağırıb, onu 3 gün içində tələm-tələsik həbs etdirdiniz? Necə olur ki, Azerbaycan dövlətçiliyinə bir başa təhtid yaradan MTN- dəki, eyni zamanda mən millet vekili olduğum zaman Daxili işlər Nazirliyinin nəzdində illərlə baş kəsənlikle məşğul olan Hacı Məmmədovun dəhşət saçan cinayətlərinə görə, heç bir fövqəladə toplantı təyin edilmədi? Ramil Usubov, əgər sən unutmamısansa, məhz bu Hacı Məmmədov biyabırçılıgından sonra mən sənin Milli Məclisə gəlib hesab verməni tələb etmişəm. Və o illər yenidən geri dönsəydi, yenə eyni addımı atardım, yenə istər hökümətinizin, istərsə də ayrı-ayrı nazırlərinizin yürütdüyü məsuliyyətsiz əməllərini və antixalq siyasətini yenə tənqid edərdim. Çünki bunu etmək ən azından həm milət vəkili kimi, həm də hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü kimi, vəzifə və sözsüzki bir vətəndaşlıq borcum idi.
Sevimli həmvətənlərim!
Bu yazımı yekunlaşdırmadan əvvəl ,sizin keyfinizi açmaq məqsədi ilə, hazırki mələk cildinə girmiş, özlərindən başqa hər birimizi qusurlu görən İlham Əliyev rejiminin bir vaxt məni ittiham etdikleri uydurma cinayət işinin bəzi detalları ilə tanış etmək istəyirəm. Sən demə 2007-ci ildə həbs olunmağımın əsas səbəbi hökümətin nağıl hesabatını tənqid etməyim yox, hansısa Ağamalı adlı bir deputatın şikayəti idi. Güya ki, həmin vaxt parlamentdə baş vermiş insidentdə (halbuki mən o an sadəcə özümü müdafiə etmişəm) Fəzail bəy beyin travması almışdır. Absurd, yenə de absurd!
Dostlar, xahiş edirəm sonrakı kəlmələrə diqqət yetirin. Deməli qanuna uyğun olaraq, bir insanın hər hansısa beyin xəsarətin müəyyen edilməsi və son ekspertiza rəyinin çıxarılması üçün xəsaret alan şəxs ən azı 21 gün müddətində xəstəxanada yatmalı və mütəxəssis müayinəsindən keçməlidir. Sağ olsun o vaxtkı vəkilim Cavanşir Suleymanov. Onun peşəkar araşdırması nəticəsində məlum olmuşdur ki, həmin ərəfədə Fəzail bəy nəyinki xəstəxanada yatmamış, əksinə hətda öz xidməti fəaliyyəti ilə bağlı Sankt – Peterburq şəhərinə səfər belə etmişdir. İndi isə baxın görün məhkəmə zamanı vəkilim Cavanşir bəyin Ağamalıya ünvanladığı suallara.
– Fəzail bəy, Siz axı qanunla müəyyən edilmiş 21 günü mualicə olunub, müayinədən keçməliydiniz. Bunu etdinizmi?
– Bəli, etdim və bu mualicəni və müayinəni öz evimdə, ixtisasca həkim olan gəlinim tərəfindən heyata keçirdim.
Sən demə məhkəməyə qədər tənbəllik etməyən dəyərli vekilim müəyyənləşdirib ki, bəli onun gəlini həqiqətəndə həkimimiş. Lakin ixtisasca GİNEKOLOQ imiş. Bu faktın ortaya çıxmasına rəqmən, sifarişi yerinə yetirən hakimlər bunu görməzdən gəldi. Belədirsə mən, canım qədər sevdiyim Azərbaycan xalqına bir sual vermək istəyirəm. Əzizlərim, mən əminəm ki, sizlər 2007-ci il mart ayında parlamentdə baş vermiş provokativ insindentin şahidi olmusunuz. İndi siz deyin həmin vaxt Fəzail adlı deputatla mənim aramda baş vermiş insident zamanı ginekaloqiyaya aid hər hansısa bir hadisə baş vermişdirmi?”
Hüseyn Abdullayev bundan əvvəl də hakimiyyəti ittiham edən qeydlər paylaşıb. Bundan başqa o “Susma” adlı mahnısı ilə xalqı Azərbaycan iqtidarına qarşı etiraza ssəsləmişdi.

24saat.org

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

ABŞ-dan Rusiyaya qarşı sanksiya açıqlaması

%d bloqqer bunu bəyənir: