Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
rc.jpg

Hüquq müdafiəçisi üzərindən məhkumluğun götürülməsini istəyir

Rəsul Cəfərovun bununla bağlı apellyasiya şikayəti baxışa təyin edildi
İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun vaxtından əvvəl məhkumluğunun üzərindən götürülməsi ilə bağlı idiasının təmin edilməməsi barədə qərardan verdiyi apellyasiya şikayəti üzrə ilkin baxış iclası olub. İclas Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilib. R.Cəfərov iclasda iştirak etməyib. Hakim bildirib ki, ilkin baxış iclası sentyabrın 15-nə təyin olunanda, R.Cəfərov məhkəməyə teleqram göndərərək, oktyabrın 10-na qədər ölkədə olmayacağını bildirib. Bu səbbəbdən iclas ayın 13-nə təyin olunsa da, o, yenə iştirak etməyib. Abid Abdinbəyov şikayətçinin iştirakı olmadan işin məhkəmə baxışına verilməsi barədə proses iştirakçılarının fikrini öyrənib. Etiraz olmadığına görə, R.Cəfərovun apellyasiya şikayəti üzrə məhkəmə baxışı oktyabrın 27-nə təyin olunub.

Qeyd edək ki, Rəsul Cəfərov üzərindəki məhkumluğun götürülməsi üçün Yasamal Rayon Məhkəməsinə müraciət etsə də məhkəmə onun müraciətini təmin etməyib. R.Cəfərov qərardan apellyasiya şikayəti verib.

Rəsul Cəfərov 2014-cü ilin avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəsul Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
R.Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunub. Bakı Apelyasiya Məhkəməsində, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Rəsul Cəfərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi üzrə cinayət tərkibinə xitam verilib. Onun cəzasından 3 ay çıxılıb və barəsində 6 il 3 ay müddətinə cəza saxlanılıb. Bundan sonra Rəsul Cəfərov Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə Rəsul Cəfərovun barəsində bəraət hökmünün çıxarılması barədə şikayəti təmin edilməyib. Xatırladaq ki, Rəsul Cəfərov əfv sərəmcamı ilə azadlığa buraxılıb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Apellyasiya Məhkəməsi Taleh Bağırzadənin şikayətini təmin etmədi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: