Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hulusi Akar necə girov götürülməsindən danışdı

Türkiyə ordusunun baş qərargah rəisi Hulusi Akar iyulun 15-də baş verən hadisələr və necə girov götürülməsindən danışıb.

Lent.z-ın məlumatına görə, Türkiyə parlamentinin fövqəladə toplntısına qatılan H.Akar özünə yaxın olan zabit heyəti tərəfindən girov götürüldüyünü deyib. Ordu generalı bildirib ki, şəxsi köməkçisi və yavəri də daxil olmaqla ətrafındakı bir qrup hərbçi onu həbs etməyə çalışıb.

Sabiq baş qərargah rəisi deyib ki, ona doğru silahların tuşlandığı zaman dava-dalaş düşüb. Onun boynundakı göyərti də bu zaman yaranıb.

CNN Türk-ün xəbərinə görə, H.Akar parlament sədri, baş nazir, MHP və CHP liderləri ilə parlamentdə bir araya gəlib və 40 dəqiqəlik görüş zamanı olanları xırdalığına qədər danışıb. Toplantıda boğazı kəsilərək öldürülən əsgər də gündəmə gəlib.

CHP lideri Kamal Kılıçdaroğlu dini işlər üzrə nazir Mehmet Görmezdən məsələ ilə bağlı açıqlama tələb edib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Qarışıqlıqda doğruları qışqırmaq

%d bloqqer bunu bəyənir: