Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hovuzda çimən qadınlara ”Allahu-əkbər” hədəsi

The Times” qəzeti yazır ki, bir dəstə müsəlman kişi Almaniyada nudistlər və ya çılpaqlar üçün nəzərdə tutulmuş üzgüçülük hovuzundan istifadə edənləri “Allahu-əkbər” sədaları ilə hədələyib.

Kişilərə təlimat verilir ki, hovuzda alt paltarında yox, üzgüçülük paltarında olmaq lazımdır və qadınlara toxunmaq olmaz

Onlar deyiblər ki, “lüt bədənlərini göstərməklə İslamı təhqir edən qadınların kökünü kəsəcəklər”.

Məqalədə deyilir ki, hadisə Şimali Reyn Vestfaliya torpağının Geldern şəhərindəki “çılpaqlar hovuzunda” baş verib.

Almaniya mediasında yayılan xəbərlərdə deyilir ki, son zamanlar üzgüçülük hovuzlarına gələn qadınlar tez-tez müsəlman kişilərin təhqirləri ilə üzləşməli olurlar.

Şahidlərin dediyinə görə, Gelderndə baş vermis insident zamanı müsəlman kişilər lüt qadınlara tüpürmüş və onları “fahişə” və “kafir” adlandırmışlar.

Təhqirə məruz qalan qadınlardan biri mediaya deyib: “Onlar deyirdilər ki, bütün qadınlar fahişədirlər və onların kökünü kəsmək lazımdır”.

Hovuzun baxıcılarından Lisa-Marie Theunissen deyib ki, hamısı saqqallı olan kişilərdən ərazini tərk etmələri rica ediləndən sonra, onlar qəflətən hovuza atılıblar.

Yerli media onların “qarasaçlı” olduğunu yazır və bildirir ki, onlar almanca “çox səlis” danışırdılar və qaçqına oxşamırdılar.

Polis insidentlə bağlı cinayət işi açıb. Şübhəlilərin 20-25 yaşlarında olduqları deyilir.

Polis bildirir ki, onların müəyyən edilməsi üçün hazırda təhlükəsizlik kameralarının yazıları təhlil edilir.

Məqalədə deyilir ki, Almaniya və qonşu Avstriyadakı üzgüçülük hovuzlarında son vaxtlar qadınlara və uşaqlara qarşı cinsi təcavüz halları xeyli artıb.

Maraqlıdır ki, Almaniya Üzgüçülük Federasiyası hovuzların təhlükəsizliyi işinə cəlb etmək üçün qaçqınların təlimləndirilməsi təşəbbüsü ilə çıxış edib.

Federasiyanın qənaətinə görə bu təşəbbüs bütün tərəflər üçün faydalı ola bilər.

“The Times” yazır ki, üzgüçülük hovuzlarına gələn qaçqınlara müxtəlif dillərdə təlimatlar verilir.

Şəkilli təlimatlarda üzgüçülük hovuzlarında davranış qaydalarından bəhs olunur.

Məsələn izah edilir ki, hovuzda alt paltarında yox, üzgüçülük paltarında olmaq lazımdır və qadınlara toxunmaq olmaz (BBC).

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Rusiya Krıma ordu yeridir

%d bloqqer bunu bəyənir: