Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hovuzda boğulan gənc qızın ölümü ilə bağlı təfərrüatlar – Cinayət işi açıldı

İyulun 27-də Sumqayıtda “Term” İdman-Sağlamlıq Kompleksində gənc qızın ölümü ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib.

Məlumata görə, faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda faktla bağlı istintaq əməliyyat tədbirləri aparılır.

Xatırladaq ki, dünən Sumqayıtda “Term” İdman-Sağlamlıq Kompleksində 25 yaşlı Ülkər Elxan qızı kompleksin üzgüçülük hovuzunda boğulub. Mərhumənin yaxınları bildirib ki, Ülkər hər il yay tətilində adıçəkilən kompleksə üzməyə gəlirmiş və üzgüçülük həvəskarı olub. İyulun 27-də kompleksə gələn Ülkər yenidən hovuzda üzməyə başlayıb. Bir müddətdən sonra onda qəfil ürək tutması baş verib və boğulub. Hovuz nəzarətçilərinin dərhal hadisəyə müdaxilə etməsinə və ona süni nəfəsin verilməsinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. Ülkər hadisə yerində dünyasını dəyişib.

Yaxınları bildiriblər ki, Ülkər ürək xəstəliyindən əziyyət çəkirmiş.

Trend.az

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Geyiminə görə müştərisini qovan “Cofeeshop” indi də onun videosunu yaydı – VİDEO

%d bloqqer bunu bəyənir: