Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
zeuv

Hollandiya millisinin eks futbolçusu karyerasını başa vurdu

Hollandiya millisinin eks futbolçusu Demi de Zeuv karyerasını başa vurub.

24saat.org goal.az-a istinadən xəbər verir ki, sonuncu dəfə 2015-ci ilin mayında “NAC Breda”nın heyətində “Roda” klubuna qarşı oynayan yarımmüdafiəçi uzun zamandır işsiz idi. 33 yaşlı De Zeuvun MLS-ə gedəcəyi deyilsə də, bu baş tutmayıb.

“Artıq eks futbolçuyam. Qərarımı elan edirəm.Əvvəlki formada deyiləm. Karyeramın ən maraqlı anları? Uruqvaya qarşı 2010 mundialında keçirdiyim yarımfinal oyunu. Martin Kaseresin zərbə endirdiyi top üzümə dəysə də, sonda qalib gəlmişdik. “Ajax”la 30-cü Hollandiya çempionu da yaxşı xatirələrim sırasındadır” – De Zeuv qeyd edib.

Eks havbek karyerası ərzində “Go Ahead Eagles”, “AZ Alkmaar”, “Ajax”, “Spartak” və “Anderlecht”in də şərəfini qoruyub.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Azərbaycan idmançısının Pekin Olimpiadasındakı nəticəsi ləğv olunub

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: