Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hollandiya klubunun futbolçusu millimizdə

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda təlim-məşq toplanışı keçiriləcək. Sport7.az xəbər verir ki, avqustun 14-dən 22-ə qədər Bakıda təşkil olunacaq toplanış üçün millimizin baş məşqçisi Nazim Süleymanov 24 futbolçuya dəvət göndərib.

Avqustun 10-da açıqlanan siyahıya daha bir futbolçunun adı əlavə olunacaq. Əldə etdiyimiz məlumata görə, bu, Hollandiyanın “Den Boş” klubunda çıxış edən Ziya Əzizovdu. 2-ci liqa təmsilçisində çıxış edən həmyerlimizin “Den Boş”un heyətində debüt matçında özünü yaxşı tərəfdən göstərməsi millimizin məşqçilər korpusunun da diqqətindən yayınmayıb.

Qeyd edək ki, 17 yaşlı yarımmüdafiəçisi PSV-2 ilə keçirilən ilk turun oyununda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Maraq üçün onu da bildirək ki, Əzizov bundan əvvəl U-15 və U-17 millilərimizdə də çıxış edib. Son olaraq Mirbağır İsayevin rəhbərliyi ilə U-17 millimizə dəvət alan Ziya Əzizov zədə səbəbi ilə özünü yaxşı tərəfdən göstərə bilməyib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Qırmızı vərəqə alan futbolçu baş hakimi döyüb – VİDEO

%d bloqqer bunu bəyənir: