Loading...
Loading...

Hökumətin Qarabağ qazilərinə hörməti də saxtadır

AXCP sədri Əli Kərimli facebook səhifəsində qanunsuz olaraq həbs edilən cəbhəçi İsmayıl Rəsulovun həbsinə münasibət bildirib.

Repressiyanın budəfəki qurbanı da AXCP fəalı olan Qarabağ qazisi oldu. Qarabağ savaşında II qrup əlil olmuş İsmayıl Rəsulov şərlənərək həbs olunub. Onun hələ də nə ilə şərləndiyi bilinmir. Ancaq İsmayıl bəy Qarabağ qazisi olaraq hər fürsətdə hüquqlarını tələb edirdi. 22 il ev növbəsində olan bu şərəfli Qarabağ qazisi hələ də ev ala bilməmişdi, kirayədə yaşayırdı. Fəal facebook istifadəçisi olan İsmayıl bəy cəmiyyətimizdəki haqsızlıq və hüquqsuzluqdan, eləcə də özünün şəxsən dözülməz sosial durumundan yazırdı. İndi hökumət İsmayıl bəyin yazdıqlarından nəticə çıxarmaq, problemlərini həll etmək əvəzinə özünü həbs edib, susdurmaq yolunu seçib. Gördünüz ki, bunların Qarabağ sevgisi, Qarabağ qazilərinə hörməti nə qədər saxtadır?

azadliq.info

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Prezident sərəncam verdi

%d bloqqer bunu bəyənir: