Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hökumətin pensiyaçılara yeni “qayğı”sı

150-200 manatın girovuna çevrilənlərin kreditini kim ödəyəcək?

Hökumətimizin “islahat”ları davam edir. Cəmiyyət bu sürətli “anti-böhran” tədbirlərindən feyziyab olub. Yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən pensiyaçılara kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib.

Bu barədə mətbuatda gedən məlumatlarda bildirilir ki, qərar kredit təşkilatlarının aidiyyatı şəxslərinə göndərilib. Qadağanın hansı müddəti əhatə etdiyi məlum deyil. Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması ilə bağlıdır. Hesab edilir ki, bu qərar problemli kreditlərin həcminin artmasının nisbətən qarşısını alacaq.

Maliyyə Nəzarəti Palatasından bildirilib ki, bu qadağa  pensiyaçıların sosial vəziyyəti nəzərə alınaraq təbiq olunub.

Bəli, əzəmətli hökumətimiz pensiyaçıların təəssübünü çəkirmiş, onları qayğısına qalırmış. Fikirləşiblər ki, pensiyaçı bu krediti ödəməkdə çətinlik çəkə bilər, ac qalar və buna görə də problemi “kökündən” həll ediblər.

Əgər belə qayğıkeş və diqqətcil hökumətimiz varsa,   müəllimlərə, həkimlərə və digər aşağı əmək haqqı alanlara niyə güzəşt edilmir? 150-200 manat maaşla, 25-30 faizlə verilən krediti ödəmək mümkündürmü?  Problemli kreditlərin həcmini azaltmaq üçün, faiz dərəcələrini aşağı salmaq daha mətiqli deyilmi?

Iki devalvasiyadan sonra vətəndaşı ağır yük altında qoyan hökumət, niyə 2.5 milyon kredit ödəyənin sosial vəziyyətini nəzərə almadı?

Göründüyü kimi hökumətimizin fəaliyyəti, yeni yaranan qurumların missiyası problemi daha da dərinləşdirməkdi. Pensiyaçını kreditdən məhrum etmək əvəzinə, onun pensiyasına uyğun kredit faziləri tətbiq etmək lazımdır. Yaxud, pensiyaçılara faizsiz kredit vermək lazımdır.

Pensiyaçının dərdinə dərman olmaq istəyirsinizsə, bu adamların üzləşdiyi adi problemlərin həllinə nail olun. Əyalətlərdə yaşayan pensiyaçılar, cüzi pensiyanı almaq üçün uzun məsafə qət edirlər. Hansıki, bankomat problemini həll etmək mümkündür və yaşlı adamlar da bu qədər əziyyətə qatlaşmaz.

Digər tərəfdən, pensiyaçılara kredit verməməklə bank sektorundakı iflasın qarşısını almaq mümkün deyil. Nə qədər ki, ölkədə şəffaflıq, ədalət, hesabatlılıq yoxdur, nə qədər ki, ölkə bir qrup adamın şəxsi təsərrüfatına çevrilib, nə qədər ki, şah qanundur vəziyyət belə də davam edəcək. Nə insanların banklara etimadı, nə də davamlı ödəmə qabiliyyətləri olacaq.

Amma Maliyyə Nəzarəti Palatasından verilən açıqlama da bir etiraf da var. Etiraf olunur ki, bu ölkədə zəruri ehtiyacları ödəyəcək qədər pensiya verilmir. Orta aylıq əmək haqqının miqdarına görə Azərbaycan qonşu Gürcüstan və Ermənistandan geri qalır. Insanların sosial vəziyyəti o qədər aşağıdır ki, banklara borc verməmək məsləhət görülür.  Deməli, hökumət milyonlarla insanı hansı məngənəyə saldığını və vəziyyətin getdicə pisləşdiyinin fərqindədir. Və bütün bunlardan sonra çıxış yolu kimi kreditləri dayandırmaq qərarına gəliblər. Onsuz da bir müddətdən sonra ödəmə qabiliyyəti daha da azalacaq və kredit verilişini dayandırmaq problemi daha da dərinləşdirəcək.

Ən dəhşətlisi isə budur ki, hökumət yarıtmaz idarəçiliyin üzə çıxardığı nəticələri “vətəndaşa qayğı” kimi dəyərləndirir.

Ölkənin 95 milyard dollarını mənimsəyiblər, utanmadan pensiyaçıların sosial vəziyyətinin yaxşılaşdırılmasından danışırlar.

 

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Sahibkar Prezidentə vergi orqanlarından şikayət etdi – TAM MƏTN

%d bloqqer bunu bəyənir: