Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ie3.jpg

Hökumətin pambıqçılıq siyasətinin sirri

Maliyyə böhranı başlayandan hökumət vəziyyət çıxış yolu üçün müəyyən addımlar atır. Ekspertlər isə bu addımları imitasiya xarakteri daşıdığını bildirirlər. Xüsusilə, aqrar sektorun inkişafı barədə hökumətin addımları təqdir olunmur. Çünki bu addımlarda məntiq yoxdur.

Keçmiş deputat, hakimiyyət mətbəxinə bələd olan Gültəkin Hacıbəyli isə “Facebook” səhifəsində bu mövzuda maraqlı status paylaşıb. Keçmiş deputatın sözlərinə görə, baş verənlərin arxasında sadəcə korrupsiya dayanır:

“Hakimiyyətdə rəsmən ikitirəlikdir. Ara qarışıb, məzhəb itib. Gəlib prezidentə deyirlər ki, taxıla subsidiya ayırmaq lazımdır, çox perspektivli sahədir, bağ belə, bostan belə. On milyonlarla subsidiya ayrılır, amma taxıl heç əkilmir də. İcra başçıları bir-iki fermeri çağırıb yetim payı 2-3 min verib deyirlər ki, sən filan qədər taxıl əkmisən, adına da filan qədər pul yazırıq. İcra başçıları pulun bir hissəsini Bakıya ötürüb bir hissəsini ciblərinə qoyub olurlar xoşbəxt. Həm krışaları razı qalır, həm evdə arvad-uşaq. Soruşan da yoxdur ki, bu qədər subsiduya qarşılığında niyə taxılı yenə də idxal edirik, yerli istehsal bəs haradadır?! Sonra başqa bir qrup gedib deyir ki, pambıq əksək pulunu yığıb yığışdıra bilməyəcəyik. Ətrafdakılar da dəstək verir, inandırır, çünki bundan hamısı qazanır. Beləcə başlayırlar may ayında gecyetişən pambıq sortları əkməyə. Çünki məqsəd pambıq istehsalı deyil, subsidiyaları mənimsəməkdir. Yenə eyni mexanizm işə düşür. Prezidentə deyirlər siz subsidiya ayırmağınızda olun, biz bu il 100 min, gələn il 300 min ton pambıq verəcəyik. O da bu sözləri heç 500 ton pambığı olmayan Sabirabadda təkrarlayır, halbuki 100 minin 10 min tonunu bu rayon verməlidir guya. Leysan yağışlar hamıdan çox pambığın pulunu yeyənlərin karına gəldi. Gedib deyiblər ki, 100 min ton pambıq becərmişdik,zalım təbiət planlarımızı alt-üst etdi. Bir azdan yəqin zeytun “əkəcəyik”, ona da subsidiya ayrılacaq və s. Və beləcə qapalı dairə yaranır. Harada qırıldı,qırıldı…”

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Kiçik obyekt və avtomobillərə maraq daha çoxdur

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: