Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hökumət “yastığımızın altındakı” pulları necə oğurlayır – DOLLARIN MÜƏMMALI UCUZLAŞMASININ SİRRİ

Son günlər ölkədə dollar milli valyuta olan manata qarşı zəifləyir. Ötən bir neçə gün ərzində bəzi banklarda dolların məzənnəsi hətta 1,49 manat nisbətində olub. Əksər ekspertlər isə ucuzlaşmanın müvəqqəti olduğunu, ucuzlaşmanın heç bir iqtisadi qanunauyğunluğa tabe olmadığını bildirirlər.
24saat.org-un bu istiqamətdə apardığı jurnalist araşdırması isə ortaya ilginc mənzərə çıxardıb.
Müşahidələr bundan ibarətdir ki, sonuncu devolvasiyadan sonra manata olan etimad tamamilə sarsılıb, hökümətin manata “süni nəfəs” vermək cəhdlərinə rəğmən kapital yığımında manat öz yerini dollara verməkdədir. Məsələ hətta o yerə qədər ciddiləşib ki, ölkə rəsmiləri vətəndaşlara açıq şəkildə müraciət edərək, yığdıqları dollarla olan kapitalı yastıqlarının altında çıxartmağa yönəlik bəyanatlara müəlliflik etmək zorunda qaldılar. Bəs, bundan sonra nə baş verdi; vətəndaş yastığının altına yığdığı dolları gün üzünə çıxartdımı? Yox!
Belə olduqda isə hökumətin və ayrı-ayrı məmurlara bağlı olan bankların bircə çarəsi qalırdı: Vətəndaşın yastıq altındakı dollarını zor-xoş onun əlindən çıxartmaq. İndi məhz həmin prosesə şahidlik etməkdəyik.
Özünüz diqqət yetirin: Azərbaycanda dollar nə vaxt ucuzlaşır və vaxt bahalaşır? Prosesi diqqətlə izləyənlər şahidlik edə bilər ki, əhalinin nağd pula ehtiyac hiss etdiyi ərəfədə dolların qiyməti mümkün həddə qədər ucuzlaşdırılır. Buna missal olaraq, Novruz bayramı günlərində dolların gözlənilmədən dəyər itirməsini göstərmək olar. Məqsəd o idi ki, bayramqabağı pul xərcləməyə məcbur olan ölkə vətəndaşının bazara təqdim edəcəyi dolları ən ucuz qiymətə ondan alsınlar. Elə aldılar da, bayramdan sonrakı günlərdə isə dolların tədrici bahalaşmasını müşahidə etdik. Hazırda da proses başqa formada davam etdirilir.
Belə ki, əhalinin maaş və təqaüdlərinin verildiyi ilk günlərdə dollar qismən bahalaşır, məqsəd əhalinin dollar almasına mümkün qədər mane olmaq, bu mümkün olmadıqda isə ona maksimum baha qiymətə dollar satmaqdır. Əhalinin pul ehtiyyatının tükəndiyi bəlli günlərdə isə, yəni ay sonları (hökumətdə həmin günləri əzbər bilirlər-red) dolların gözlənilməz enişinə şahidlik edirik. Bu dəfə əks proses gedir – əhalidəki dollar ehtiyyatını mümkün qədər daha ucuz almaq!
Bütün bunlar isə onu düşünməyə əsas verir ki, hazırda dolların ucuzlaşması həmin yığım kampaniyasının tərkib hissəsidir və bu, əslində ABŞ dollarının yaxın gələcəkdə bahalaşacağının anonsu sayıla bilər. Çünki bir neçə gün sonra maaş və pensiyalar veriləcək…

24saat.org

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Tərtərin işıqları söndürüldü, məktəbə mərmi düşdü – ÖZƏL

%d bloqqer bunu bəyənir: