Loading...
Loading...

“Hökumət düşünür ki, hesabat müsbət olmalıdır”

“Hökumət mənim və ya həmkarlarım tərəfindən hazırlanan hesabatlara qulaq asanda biz həmişə məyus oluruq. Çünki belə hiss yaranır ki, onlar düşünür ki, hesabat daha müsbət olmalıdır”, BMT-nin xüsusi məruzəçisi Michel Forst BBC Azərbaycancaya müsahibəsində deyib.

BMT-nin xüsusi məruzəçisi Michel Forst Azərbaycan hökumətini vətəndaş cəmiyyətinə qarşı cəzalandırma yanaşmasına yenidən baxmağa çağırıb.

Hökumətin dəvəti ilə Azərbaycana doqquz günlük səfər edən cənab Forst bu müddət ərzində hökumət rəsmiləri, məhkəmə üzvləri, ombudsman, eləcə də insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri, media və diplomatlarla görüşüb.

Hazırlanan hesabatlara görə vəziyyət getdikcə daha da “narahatçılıq doğuran hal alıb” deyən xüsusi məruzəçi ehtimal edir ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti mərkəzlərinin dəyərini “lazımınca anlamayıb”.

Forst vəziyyətin dəyişdirilməsi üçün etdiyi təklifi də açıqlayıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Gənc fəalın istintaqında polislərlə mübahisə düşüb

Loading...
%d bloqqer bunu bəyənir: