Hökumət sıfırdan başlamalıdır – Ekspert


Proqnozlara görə, 2017-ci ildə Azərbaycanda iqtisadi artım sıfıra bərabər olacaq, yəni, nə artım, nə də azalma olacaq. Mənim fikrimcə isə, azalma davam edəcək.

Bunu ekspert Oqtay Haqverdiyev “Exo” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2017-ci ilin sonunda azacıq artım ola bilər:
“Proqnozlara görə, 2017-ci ildə Azərbaycanda iqtisadi artım sıfıra bərabər olacaq, yəni, nə artım, nə də azalma olacaq. Mənim fikrimcə isə, azalma davam edəcək. Anacaq 2017-ci ilin sonunda azacıq artım ola bilər. İqtisadi artım bazardakı konyunkturadan asılıdır. Əgər neftin dəyəri 100 dollar olarsa, bizdə ümumi daxili məhsul (ÜDM) 10-20 faiz arta bilər. Yox neftin qiyməti artmazsa, iqtisadi artım da ola bilməz. İqtisadi inkişaf isə səmərəli fəaliyyətlə bağlıdır”.
O.Haqverdiyev hesab edir ki, hökumət iqtisadi siyasətə yenidən baxmalıdır:
“Nə qədər ki, Azərbaycan hökuməti iqtisadi siyasətə yenidən baxmayıb, ölkə iqtisadiyyatı həmişə təhlükə altında olacaq. Buna yol verməmək üçün isə qeyri-neft sektorunun inkişafına ciddi yanaşmaq lazımdır”.
Ekspert obrazlı ifadə ilə qeyd edir ki, qeyri-neft sektoru quyuya düşüb. O.Haqverdiyevə görə, Azərbaycanda qeyri-neft sektorunu müstəqil inkişaf edən sahə adlandırmaq olmaz:
“Əmtəənin hazırlanması üçün istifadə edilən xammal müxtəlif ölkələrdən gətirilir. Odur ki, devalvasiyadan sonra bu müəssisələrin bir-birinin dalınca bağlanması təəccüblü deyil və hələlik, rəqabətqabiliyyətli məhsul istehsal edə bilmirik”.

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Sonrakı Yazı »

Bankların əsəbləri dözmür – Dollar 1,7-ni keçdi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: