“Hökumət mane olmasa “Azadlıq” qəzetinin dərcində problem yoxdur”

Azadlıq qəzeti sentyabrın 6-dan çapı dayandırıb. Buna səbəb qəzetin maliyyə əməliyyatlarını apara bilməməsidir, qəzetin baş redaktorunun müavini Rahim Hacıyev deyir.

Onun sözlərinə görə qəzetin maliyyə üzrə direktoru Faiq Əmirli həbs olunandan sonra notarial kontor onu əvəz edəcək şəxsin imzasını tanımaqdan imtina edib və qəzetin yenidən qeydiyyatdan keçməli olduğunu bildirib.

“Biz dəfələrlə bank əməliyyatları aparmaq üçün hansısa şəxsə səlahiyyət vermişik, amma heç bir problem olmayıb. Amma bu dəfə bizə o imkanı vermədilər”, redaktor müavini illər uzunu belə tələbin olmamasından danışır.

Rahim Hacıyev əlavə edir ki, “Qasid” firması onlara olan 69 min manat borcu illərdir ödəmir.

Bu isə qəzetin “Azərbaycan” nəşriyyatına olan borcunu qaytarmaqda çətinliklər yaradır. (BBC azeri)

24saat.org
Loading...

Sarayda etiraz aksiyası – “Erməni kilsələrinə verilən qazdan biz də istəyirik” FOTO

Sonrakı Yazı »

Akif Çovdarovun məhkəməsinin vaxtı məlum oldu

%d bloqqer bunu bəyənir: