Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Hillari Klintonun qələbəsinin tam təmin olunduğu görünür”

“The İndependent” yazır ki, Donald Trump ölkə boyunca aparılan rəy sorğularında irəliləyişə nail olsa da, ştatlar üzrə aparılmış daha mükəmməl araşdırmalar onun, rəqibi Hillary Clinton-dan çox geridə qaldığını göstərib.

Məqalədə deyilir ki, cənab Trump hələlik ağdərili və ali təhsilli seçicilərin, ələlxüsus da qadınların rəğbətini cəlb edə bilməyib. Lakin ən maraqlısı budur ki, Trump-ın mövqeyi, bir qayda olaraq respublikaçıların istehkamı sayılan Texas, habelə Arizona və Georgia ştatlarında zəifdir.

“The İndependent” qəzetinin yazdığına görə “The Washington Post” və SurveyMonkey firmasının apardığı bu araşdırma bir daha təsdiq edib ki, 8 noyabrda kimin qalib gəlməsindən asılı olmayaraq, qalibi xalqın səsləri yox, ölkə boyunca 270 seçki kollegiyasının səsləri müəyyən edəcək.

ABŞ-da seçki kampaniyasının kəlləçarxa çatdığı son iki gün ərzində aparılmış rəy sorğusu öz miqyasına görə misilsizdir. Bu rəy sorğusunda bütün ABŞ boyunca hər bir ştatda qeydiyyatda olan 74 mindən çox seçici iştirak edib.

Seçki kollegiyaları

Hillary ClintonTexas kimi sırf respublikaçı ştatda rəy sorğusu Clinton-un 1 xal irəlidə olduğunu göstərib

Məsələyə bu prinsipdən yanaşanda hazırda 20 ştatda rəqibindən ən azı 4 xal irəlidə gedən demokrat namizəd Hillary Clinton-un qələbəsinin tam təmin oluinduğu görünür. O, 270 seçki kollegiyasından 244-nün səslərini təmin edə bilər.

Cənab Trump da 20 ştatda eyni fərqlə irəlidədir, lakin bu ştatların əhalisinin az olması o deməkdir ki, o, kollegiyalarda yalnız 168 səsə bel bağlaya bilər.

“The İndependent” yazır ki, demokratların Filadelfiyada keçirilən qurultayının ardınca Hillary Clinton rəy sorğularında Trump-ı 10 xal geridə qoyurdusa, indi bu fərq 4-ə düşüb.

Məqalədə deyilir ki, Ohio ştatı da daxil, orta qərb regionu Trump-ın ən çox rəğbət qazandığı məkandır. Burada əhalinin əksəriyyəti ali təhsili olmayan ağdərililərdən ibarətdir.

Lakin Trump-ın mövqeləri adətən respublikaçıların bazası sayılan ştatlarda zəifdir. 8 noyabr seçkisində qalib gəlmək üçün Trump bu ştatlarda udmaya bilməz.

Hətta Texas kimi sırf respublikaçı ştatda rəy sorğusu Clinton-un 1 xal irəlidə olduğunu göstərib.

Texas ştatında son dəfə, yəni 1976-cı ildə qələbə qazanan demokrat, əslən cənublu Jimmy Carter olub.

Ağdərili, amma həm də ali təhsilli

“The İndependent” yazır ki, Trump prezident seçkilərində həqiqətən də uğur qazanmaq istəyirsə, onsuz da onu dəstəkləyən ali təhsilsiz ağları yox, ali təhsili olan ağdərililəri cəlb etməyə çalışmalıdır.

tramp

Lakin bir çox yüksək ranqlı respublikaçılar Trump-ın namizədliyini dəstəkləmədiyindən bunu etmək o qədər də asan olmayacaq.

Rəy sorğusu göstərir ki, bu seçkidə gender fərqi də əvvəlki seçkilərlə müqayisədə xüsusi əhəmiyyət daşıyacaq. Çünki bu seçkidə real namizədlərdən biri qadındır.

Sorğu göstərib ki, Clinton-u 50 ştatda kişilərdən daha çox qadınlar dəstəkləyirlər. Cənab Trump isə 16 ştatda qadınlardan daha çox kişilərin dəstəyinə malikdir.

Keçmiş seçkilərdə respublikaçı namizədləri adətən ağdərili universitet məzunları daha çox dəstəkləyirdilər. Amma hazırda xanım Clinton 50 ştatdan 31-də ali təhsillilər arasında daha populyardır.

Trump bu sahədə yalnız 13 ştatda üstündür. Lakin bu ştatlarda adamlar bir qayda olaraq respublikaçılara səs verirlər.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Dünya qaçqınlarının yarısı uşaqlardır

%d bloqqer bunu bəyənir: