Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

SON DƏQİQƏ

Hillari Klintonla bağlı şok sənədlər üzə çıxa bilər

WikiLeaks təşkilatı ABŞ Demokrat partiyasının milli komitəsinin əməkdaşlarına məxsus elektron məktublara malikdir.

 

Aznews.az xəbər verir ki, bu barədə “WikiLeaks”in rəhbəri Culian Assanc CNN telekanalına verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, bu məktublardan bir hissəsi ABŞ prezidentliyinə namizəd Hillari Klintona aiddir: “Bizdə Klintonun prezident kampaniyası ilə əlaqəli materiallar var. Söhbət “son dərəcə maraqlı” sənədlərdən gedir”.

Lakin Assanc təşkilatın bu arxivləri nə zaman dərc etmək istədiyini açıqlamayıb.

“WikiLeaks” rəhbəri bildirib ki, ABŞ Demokrat partiyasının milli komitəsinə məxsus elektron sənədlərə hakerlərin hücumu son bir neçə il ərzində həyata keçirilib. Assanc növbəti dəfə qeyd edib ki, “WikiLeaks”in haker hücumlarında iştirakı yoxdur. Onun sözlərinə görə, təşkilat sensasiya doğuran məlumatları müxtəlif mənbələrdən alır. Bu məlumatların həqiqiliyi yoxlandıqdan sonra saytda dərc edilir.

Lakin Assanc mənbə qeyd etməkdən imtina edib.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İnternetdə “Fətullah Gülənin edam səhnəsi” yayıldı

%d bloqqer bunu bəyənir: