Loading...
Loading...
104309

“Hilal Əsədovla bağlı ifadənin KİV-də yayılması yolverilməzdir”

Ələsgər Məmmədli: “İstintaq sirrinin yayılmasına görə, istintaq aparan tərəf birbaşa məsuliyyət daşıyır”

Dünəndən etibarən bir sıra KİV-lərdə ləğv edilən MTN-nin sabiq nazir müavini Hilal Əsədovun istintaqa verdiyi ifadə yayılmaqdadır. Bu ifadənin həqiqətən də H.Əsədova məxsus olduğu hələ bəlli olmasa da, istintaqa verilən ifadənin KİV-ə necə, hansı əsasla, kimin əli ilə çatdırılması məsələsi sirr olaraq qalmaqdadır.
Maraqlıdır, istintaqa verilən bir ifadənin KİV-də yayılması hüquqi nöqteyi-nəzərdən nə dərəcədə düzgündür? Bu, istintaq sirrinin yayılması kimi dəyərləndirilə bilərmi? Məlum ifadənin KİV-ə necə yol tapması araşdırmalı, istintaq sirrini qorumalı olan şəxslər buna görə cəzalandırılmalıdırmı?
Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Ələsgər Məmmədli istintaqa verilən ifadənin KİV-də yayılmasının yolverilməz olduğunu, buna görə istintaq sirrini qorumalı olan şəxslərin məsuliyyət daşıdığını vurğuladı:
“Bildiyiniz kimi, qanunvericiliyə müvafiq dəyişiklik edilib və KİV haqqındakı mövcud qanunvericilik bu kimi proseslərin gizliliyinin qorunmasını tələb edir. KİV-lərdə bunun yayılması yolverilməzdir. Lakin bu ifadənin KİV-ə çatması da ayrı bir məsələdir. Istintaq sirrini qorumağa borclu olan tərəf istintaqı aparan tərəfdir. Əgər həmin tərəf istintaq sirrini qoruya bilməyibsə, onu kimsə KİV-ə sızdırıbsa, o, birbaşa məsuliyyət daşıyır. Çünki istintaqı aparan qurum mahiyyət etibari ilə istintaqın yekunlarını məhkəməyə təqdim etməlidir, KİV-ə yox. Bu baxımdan yayılan ifadənin nə qədər gerçək istintaq sirri olub-olmadığı, yaxud dezinformasiya olduğu ilə bağlı indiki halda heç nə deyə bilmərəm. Böyük ehtimalla gerçək istintaq sirri bu formada mediaya düşməməlidir. Düşərsə, buna görə istintaqı aparan tərəf məsuliyyət daşıyır. KİV bu və ya digər formada qaynaqlarla işləyən, ictimai əhəmiyyətli məlumatları cəmiyyətlə paylaşan bir tərəfdir. Bu baxımdan KİV-in ona sızdırılan məlumatları zaman-zaman yayması halları olub. Əsas olan budur ki, istintaqı aparan tərəf istintaq sirrini qorumalıdır. KİV o ifadəni özü-özlüyündə əldə edə bilməz. Ona kimsə bu informasiyanı sızdırıb. Həmin qaynaq müəyyən edilməlidir”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Cavanşir Feyziyev “Avromed”dəki səhmlərini satdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: