24 saat

Heykəl məhbusları təcridxanaya göndərildi


NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov və müstəqil ictimai fəal Qiyas İbrahimov bu gün Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu haqda Modern.az saytına onların hüquqlarını müdafiə edən Elçin Sadıqov məlumat verib.

Hüquqşünas müvəkkiləri ilə görüşəcəyini deyib: “Onların işgəncəyə məruz qalması barədə məlumat almışam. 1-ci gün görüşüb özləri ilə dəqiqləşdirəcəm”.

E.Sadıqov həmçinin, Nərimanov rayon polis idarəsinin müvəqqəti saxlama yerinin kamera lentlərinin cinayət işinə əlavə edilməsi barədə sorğu və istintaq orqanına vəsatət göndərdiyini deyib: “Hər iki gəncin barəsindəki həbs qərarlarından apellyasiya şikayəti vermişəm”.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: