Loading...
Loading...
qiyas2.jpg

Heydər Əliyevin heykəlinə şüar yazan gənc 10 il azadlıqdan məhrum edildi – VİDEO

Heydər Əliyevin heykəlinin üzərinə şüar yazmaq üstündə həbs edilmiş gənclərdən biri – Qiyas İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edildi.

Hakimin hökmü elan etməsindən əvvəl məlum olub ki, gənc fəalın yazılı hazırladığı son sözünü əlindən alıblar:

“Ətraflı olsun deyə, yazılı şəkildə son söz hazırlamışdım, amma əlimdən aldılar. Mənə verilmiş ittiham üzrə özümü müdafiə etmək fikrim yoxdu. Vicdanı olan hər kəs yaxşı bilir ki, həbsimin əsl səbəbi mənim bu ölkədəki dərəbəyliyə, sistemə sivil şəkildə, gənc tələbə olaraq etiraz etməyimdi. Heç bir yazılı qanunu pozmamışam. Sistem yazılmamış qanunları ilə köləliyi azadlıq kimi göstərməyə çalışır. Sistemin yazılmamış qanunlarını pozanda cəzasız qalmaq mümkün deyil. Yazılmış qanunları pozanda isə cəzasız qala bilərsən. Yazılmamış qanunları pozanda adamları şərləyirlər.

Heykələ şüar yazaraq sistemin ədalətsizliyinə etiraz etməyim həyatda olmayan birinin ruhunun təhqir olunması kimi qiymətləndirilir, “öz babanın qəbrinə yazardın” deyirlər. Təcridxana rəisi deyir ki, bu hərəkətinə görə xalq səni linç edə bilər. Heç özü buna inanırmı?”

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Akif Çovdarovdan İlqar Əliyevin ölümü ilə bağlı şok açıqlama

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: