Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hembri: “Bakıda məşqlər mühüm əhəmiyyət daşıyacaq”

Bakıda şəhər trasında Avropa Qran-pri yarışlarına bir neçə gün qalıb. Şin istehsalçıları bura “Medium”, “Soft” və “SuperSoft” növlərini gətirəcəklər.

Axar.az xəbər verir ki, “Pirelli Motorsport”un rəhbəri Pol Hembri bu cür şin seçiminin səbəblərini izah edib.

Pol Hembri qeyd edib ki, tras barədə çox eşidiblər. Deyəsən, onun öz səciyyəvi cəhəti var, dairənin böyük uzunluğu və yüksək maksimum sürət onu digərlərindən fərqləndirir. Yad avtodromda həmişə müəyyən çətinliklər olur, lakin şin və şərait hamı üçün eynidir. Həftəsonu üçün biz komplekt seçəndə mümkün şərtlərin geniş diapazonunu nəzərə aldıq. İndi komandaların vəzifəsi ondan ibarətdir ki, seçimlərindən maksimuma nail olsunlar və mümkün strateji variantlardan ən yaxşısını müəyyən etsinlər. Məhz buna görə də bu həftəsonunda sərbəst yürüşlərdə məhsuldar iş xüsusilə vacibdir.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

İlhamə Quliyevanın mirası hansı qohumları arasında razılaşdırılıb?

%d bloqqer bunu bəyənir: