Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hazırlıq kursları orta məktəbləri lüzumsuz edir?

Limunət Əmrahlı: “Yalnız yüksək göstəriciləri olanlar kurslara qəbul edilir”

Qəbul imtahanlaırnın başa çatması ilə bəzi hazırlıq kursları universitetə qəbul edilən məzunlarının, habelə onların topladığı balların siyahısını dərc edib. Bu siyahılarla tanış olan şəxslərdə abituriyent hazırlığının əsas yükünün hazırlıq kurslarının üzərinə düşdüyü, orta məktəblərin tamamilə lüzumsuz bir qurum olduğu ilə bağlı fikir formalaşır.
Maraqlıdır, hazırlıq kursları doğrudanmı orta məktəbləri gərəksiz edir? Madam abituriyent hazırlığında əsas yük məhz hazırlıq kusrlarının üzərinə düşür, o zaman orta məktəblərin saxlanmasına nə ehtiyac var?
24saat.org-a açıqlama verən “Psixoqamma” praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı problemin kifayət qədər ciddi olduğunu vurğuladı:
“Həqiqətən də bu problem cəmiyyətdə ziddiyyətli fikirlər formalaşdırır. Hər şeydən əvvəl qeyd edim ki, bu yanaşma ilə böyük nailiyyətlər qazanmış hazırlıq mərkəzlərinin, yaxud siniflərin uğurlarına könkə salmaq fikrindən uzağam. Necə nail olmalarından asılı olmayaraq, bu nəticələr gərgin zəhmət hesabına başa gəlir. Ancaq, bildiyim qədər bu mərkəzlərdə və siniflərdə qəbul ciddi seçimlə aparılır. Yalnız yüksək göstəriciləri olanlar kurslara qəbul edilir. Belə olna halda, əlbəttə ki, nəticələr də yüksək olacaq.

Həmin mərkəzlər, yaxşı olar ki, ümumilikdə kurslara gələn və qəbul olunanların korelyasiyasını aparsınlar. Bu zaman əsl gerçəklər ortaya çıxacaq. Mərkəzlərə gələnlərdən neçə nəfərin qəbul olunduğu, neçə nəfərin lazım olan balı yığa bilmədiyi bəlli olacaq”.

Seymur Əliyev

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Yeni antibiotik mənbəyi – İnsan burnu

%d bloqqer bunu bəyənir: