Hava şəraiti ilə əlaqədar SOCAR təhlükəli işləri dayandırdı

Bakı şəhəri və Abşeron yarımadasında hazırda müşahidə olunan güclü küləklə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dənizdəki yataqlarda işləyən işçilərinə həmişə olduğu kimi əvvəlcədən meteoxəbərdarlıq olunub.

Bunu SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

N.Quliyev bildirib ki, hava şəraiti ilə əlaqədar əvvəlcədən yerlərdə bütün zəruri təhlükəsizlik tədbirləri görülüb, təhlükəli işlər məhdudlaşdırılıb və hazırda hər şey normaldır. (“Report”)

24saat.org
Loading...

Sarayda etiraz aksiyası – “Erməni kilsələrinə verilən qazdan biz də istəyirik” FOTO

Sonrakı Yazı »

Dolların enişi davam edir – Rəsmi məzənnə

%d bloqqer bunu bəyənir: