Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Haqqin.az-ın xüsusi müxbiri Vahan Martirosyana hücum oldu

Erməni hüquq müdafiəçisi, bir müddət əvvəl ailəsi ilə Bakıya sığınan və buradan üçümcü ölkəyə gedən, hazırda  haqqin.azsaytı ilə əməkdaşlıq edən Vahan Martirosyana Odessada hücum olub. 

virtualaz.org xəbər verir ki, təxminən bir saat əvvəl Odessa vilayətinin Belyayevka qəsəbəsində Vahan Martirosyanı naməlum avtomobillə vurmaq istəyiblər.

“Ağ rəngli, şüşələrinə qara plyonka çəkilmiş “VAZ 2107” aşağı sürətlə arxamca hərəkət edirdi. Sonra sürücü birdən qaza basdı və maşını üstümə sürdü. Mən yoldan kənara tullandım, ayağım zədələndi”-Martirosyan bildirir.

Erməni hüquq müdafiəçisinin bildirdiyinə görə, o, travmatik tapançadan avtomobilin yük yerinə üç dəfə atəş açıb və bundan sonra “VAZ 2107” sürətlə uzaqlaşıb. “Onlar Belyayevka tərəfə getdilər. Mən maşında kimlərin olduğunu aydınlaşdırmağa çalışdım. Qonşumun polisdə işləyən oğlu dedi ki, şəhərdə belə maşın yoxdur və həmin maşının kimə məxsus olduğunu bilmir”-Martirosyan deyib.

Vahan Martirosyan Ermənistan hakimiyyətinin təqiblərindən bezərək ailəsi ilə birlikdə Azərbaycana sığınmışdı. Sonradan o, öz arzusu ilə üçüncü ölkəyə getdi. V.Martirosyan haqqin.az saytında Ermənistanın hərbi-siyasi elitası barədə ifşaedici məlumatlardan ibarət məqalələrlə çıxış edir. Hazırda o, saytın xüsusi müxbiridir.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Zoopark və sirklər qadağan edilə bilər

%d bloqqer bunu bəyənir: