“Haqqımda yazılanlar ağ yalandır” – Sabiq nazir

“İki aydır ki, kənddəyəm, internetdən, sosial şəbəkələrdən uzağam. Ordan-burdan eşidirəm ki, bəziləri mənim haqqımda ağızlarına gələni yazırlar”.

Bunu Moderator.az-a açıqlamasında uzun zamandır səhəti ilə əlaqədar sosial mediadan uzaq olan sabiq təhsil naziri Firudin Cəlilov deyib.
Sabiq nazir onun haqqında yazılanların əsassız olduğunu bildirib:
“Güya mən Qafqaz universitetinə sertifikat vermişəm. Bu, ağ yalandır. Yazıblar ki, güya may ayının 2-də mən sertifikat vermişəm. Əgər 1991-ci ilin may ayının 2-ni nəzərdə tuturlarsa, o vaxt mən nazir olmamışam. Yox əgər 1993-cü ili nəzərdə tuturlarsa, o vaxt sertifikatı nazirlik yox, Nazirlər Kabineti verirdi. Bu cür rəqəmlərlə manipulyasiya edib ağızlarına gələni yazırlar, camaatı çaşdırırlar. Burada internetim yoxdur, əlim çatmır deyə münasibət bildirə bilmirəm”.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

“Cəmiyyətdə radikal müxalifətin nüfuzu artmaqdadır”

%d bloqqer bunu bəyənir: