Loading...
Loading...
86052

“Hansı məsələdə imicimiz zədəli deyil ki..?”

“Cazibədar qadın, dini kitab, narkotika bu şəxslərə təsir vasitəsi ola bilməz”

Moderator.az etibarlı mənbədən aldığı məlumata əsasən sabiq MTN nümayəndələrinin Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayan əcnəbilərə qarşı da qanunsuz əməllər törətməsi haqqında xəbər verdi. Bildirdik ki, sabiq MTN rəhbərliyinin “xeyir-duası” ilə əcnəbilərin pul və əmlakına əl qoymaq məqsədilə müxtəlif qanunsuz vasitələrdən istifadə olunurmuş. Sabiq MTN əməkdaşları əcnəbilərə qarşı daha çox cazibədar qadınlar, yasaq dini kitablar və narkotik vasitələrin köməyi ilə təsir göstərməklə külli miqdarda qanunsuz vəsait əldə edirlərmiş.
Maraqlıdır, sabir MTN yetkililərinin ölkəmizdə fəaliyyət göstərən əcnəbilərə qarşı törətdikləri bu “əməllər” Azərbaycanın imicinə nə kimi zərbələr vurmuş ola bilər?
Moderator.az-ın mövzu ilə bağlı sualını keçmiş MTN zabiti İlham İsmayıl cavablandırıb.
İlham İsmayıl keçmiş MTN-çilərin əcnəbilərə qarşı bu vasitələrlə təsir etməyin mümkünsüzlüyünü qeyd edib:
“”MTN işi” haqqında danışanda hər zaman yeni, ağılagəlməz faktların üzə çıxacağını qeyd etmişik. Dediyiniz məsələlərdə konkret faktlar olmadığı üçün yalnız ehtimal amilinə əsaslanıb fikir bildirmək olar. Dediyiniz şantaj materiallarını hər xarici vətəndaşa, xüsusilə Avropadan gələnlərə, islam dininə mənsub olmayan xaricilərə komprmaterial kimi istifadə etmək nəticə vermir. Cazibədar qadın, dini kitab, narkotika bu şəxslərə təsir vasitəsi deyil. Avropalı xristian kişinin cazibədar qadınla sevişməyi ona əksiklik gətirməz. Başqa metodlar- narkotika , dini kitab- onlar üçün keçərli deyil, hüquqlarını da müdafiə etməyi bacarırlar. Mümkündür ki, islam dininə mənsub xarici vətəndaşlardan, birinin zəif yeri kimi, dediyiniz metodlardan istifadə etməklə nəsə əldə etsinlər, amma bu kütləvi hal ola bilməz”.
Keçmiş MTN zabitinin konkret olaraq sualımıza cavabı isə çox maraqlı olub:
“MTN generallarının hədəfində kifayət sayda Azərbaycan məmuru, iş adamı olduğu halda deyilən kontingentə maraq nadir hallar ola bilər. Amma, nadir hal olsa da , əlbəttə ölkənin imicinə mənfi təsir edə bilər. Bir də “ölkənin imici” məsələsi bir az sual yaradır:  Hansı imic? Hansı məsələdə imicimiz zədəli deyil ki..?”

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ermənistanın siyasi qüvvələri Trump-ın qələbəsini alqışlayır

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: