Loading...
Loading...

“Hansı banka girirəm deyirlər dollar yoxdur” – VİDEO

Son bir neçə gündür ki, paytaxtda yerləşən bankların bir hissəsi dollarla yanaşı avro və funt sterlinq kimi digər xarici valyutaların satışını da dayandırıb.

Bundan əvvəl isə banklar 100-300 dollar limitlə də olsa filiallarında bu valyutanın satışını həyata keçirirdi. Banklar bunu hərracdan kifayət qədər xarici valyuta ala bilməmələri ilə izah edir.

Mərkəzi Bank isə deyir ki, kommersiya bankları valyuta tələblərini qurumun həftədə iki dəfə keçirdiyi hərraclar vasitəsilə ödəyə bilmədikdə, əlavə olaraq banklararası valyuta bazarına müraciət etməklə öz tələblərini ödəyə bilər.

Valyuta alıcılarının bəziləri deyir ki, onlar iki gündür “200 dollar pul tapa bilmir”. Onlardan bəziləri 100 dollar üçün bankların 10 filialına baş çəkdiyini də vurğulayır.

“Hansına [banka] girirəm deyir, dollar yoxdur. Alış var, amma satış yoxdur”, müştərilərdən biri deyir.

Banklar vəziyyətin stabilləşməsi üçün özlərinin də gözləmə mövqeyində olduqlarını deyir, amma bank əməkdaşlarından nəyi gözlədiklərinə aydınlıq gətirən olmayıb.

 

(BBC azeri)

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Yalnız bu universitetlərin tələbələrinə kredit veriləcək – SİYAHI

Loading...
%d bloqqer bunu bəyənir: