Hakkaridə terror: 5 ölü, 11 yaralı

PKK terrorçuları Türkiyənin Sirt və Hakkari bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı hücum təşkil edib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, hücumlar zamanı 5 təhlükəsizlik işçisi öldürülüb, 1-i mülki vətəndaş olmaqla 11 nəfər yaralanıb.

Məlumatlara görə, terrorçular əvvəlcə polis məntəqəsinin önündə yük avtomobilini partladıblar. Daha sonra isə iri çaplı silahlardan məntəqəni atəşə tutublar. Hücumdan sonra bölgədə geniş miqyaslı əməliyyat başlanıb.

Qarabağa köçən rusiyalı milyoner — “Bu gün eşitdim ki, Zakir Qaralov məni axtarır…”

Sonrakı Yazı »

Almaniya polisi sələfilərin evlərində axtarış apardı

%d bloqqer bunu bəyənir: