Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
105904

“Hakimlərin maaşı artırılsın!” – Parlamentdə təklif

“Məhkəmə hakimlərinin sayı və maaşı artırılsın. Bu gün məhkəmə sistemində əsas problem mülki işlərdə müşahidə olunur. Hakimlərin öhdəsindən gələ biləcəyi iş yükü ayda təxminən 25-30 işdən ibarətdir. Tək Bakı şəhərində bu rəqəm yüzlə ölçülür. Elə məhkəmələr də var ki, bu say yüzün üzərindədir”.

Moderator.az xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında məlumat verib. Aparat rəhbəri parlamentdə “Məhkəmə-Hüquq Şurası haqqında və “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib ki, hakimlərin sayı ən azı 3-4 dəfə artırılmalıdır:
“Biz hakim ştatlarının sayını 3-4 dəfə artırmalıyıq. Təbii ki, bu real deyil. Çünki heç məhkəmə infrastrukturu da tab gətirməz. İşin səmərəliliyi də burada görünməz. Ona görə də başqa üsulla iş həcmini azaltmağı hədəfləmişik.
Məhkəmədə iş həcminin azalması üçün təhlillər apardıq və məlum oldu ki, məhkəmədə hakimin iş yükünün təxminən 25 faizi icra işləri üzrə icraata xitam verilməsi ilə bağlı olan işlərdir. Ali Məhkəmənin tövsiyəsinə əsasən, oktyabrın sonu mülki prosessual məcəlləyə dəyişiklik edildi. Artıq icra işlərinə xitam verilməsi ilə bağlı səlahiyyətlər məhkəmələrdə hakimlərin deyil, icra xidmətlərinin üzərlərinə qoyuldu. Dəyişiklik qüvvəyə mindikdən sonra hakimlərin iş yükü təxminən 20-25 faiz azalacaq”.
Cavid Hüseynov bildirib ki, bu gün Azərbaycandakı məhkəmələrdə 3-5 manatlıq iddialar var: “Bu gün 3-5 manatlıq iddialar Ali Məhkəməyə qədər gedib çıxır. Bununla da əsassız yerə yuxarı instansiyalı məhkəmələrin iş həcmi artmış olur. Məsələ ilə əlaqədar müəyyən təhlillər aparılır.
Hakimlərin maaşı elə də çox deyil. Birinci instansiya məhkəməsinə ilk dəfə təyin edilən hakimin maaşı əlavə gəlirlərlə hesablasaq təxminən 1500 manata qədər təşkil edir. Bu da orta əmək haqqına nisbətdə aşağı rəqəm deyil. İş həcminin çoxluğu işlərə mənfi təsir göstərir. Biz də bundan narazıyıq. Məhkəmə Hüquq Şurasının MHŞ-nin intizam icraatı ilə bağlı çıxardığı 200-dən çox qərarın nəticəsi ilə olaraq 70-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb”.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Bakıda 800-dən artıq müəllim imtahan verdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: