Loading...
Loading...
1479670474_1

Hakimiyyətin məşhur qudaları: nazir həbsə gedir, boşanma ərizəsi verilir – İlginc

Azərbaycanda məmurların bir-biri ilə qohum olması artıq bir ənənə şəklindədir; Bir nazir oğlunun digər nazirin qızına elçi göndərməsi, dəbdəbəli toy mərasimləri günümüzün reallıqlarındandır…

Politika.Az-ın Araşdırma Qrupu xəbər verir ki,
qudalar əl-ələ verib büdcə pullarını pay-puş edir, korrupsiya araşdırmaları ilə məşğul olan müstəntiqlər isə çox vaxt onların əllərindən tutub cinayətlərini sübut etməyə çətinlik çəkirlər. Amma istisnalar da var.

Sabiq səhiyyə naziri Əli İnsanovla Bakı şəhər Baş Polis İdarəsinin sabiq rəisi, hazırda Prezident Administrasiyasında şöbə müdiri vəzifəsini tutan general Məhərrəm Əliyev də qudadırlar..

Az keçmədi ki, M.Əliyevin oğlu ilə Ə.İnsanovun qızı ayrıldılar. Bu gün həbsdə olan Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin qızı ilə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu evlidir.

C.Hacıyevin həbsinin əsas səbəblərdən biri kimi onun məhz E.Mahmudovla qudalığı göstərilir.

Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qızı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov ilə ailə həyatı yaşayıblar. Daha sonra boşanıblar.

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı ilə evlidir. Ziya Məmmədovun qızı Nigar xanım, Salyanın keçmiş icra başçısı, deputat Əliağa Hüseynovun oğlu ilə evlidir.

Həmçinin Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasovla “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevlə qudadır. Belə ki, rabitə nazirinin oğlu Pirverdiyevin qızı ilə evlidir.

Politika.Az-ın Araşdırma Qrupu xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı isə Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu ilə evlidir.

Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu baş prokurorun birinci müavini Rüstəm Usubovun qızı ilə evlidir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğlu İsfəndiyar Mehbalıyev Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qızı ilə evlidir.

Milli Məclisin spikeri Oqtay Əsədovun qızı Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin oğlu ilə evlidir.

Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun qızı ilə evlidir. Gəncənin icra başçısı Elmar Vəliyev Baş Prokurorluğun idarə rəisi Əzizağa Həsənovla qudadır.

Məsələn, Binəqədi rayonunun icra başçısı Xaləddin Isgəndərov vergilər naziri Fazil Məmmədovun bacısının həyat yoldaşıdır.

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin də sözügedən qohumluq münasibətlərində olduğu bəllidir.

Tovuz rayonunun sabiq icra başçısı, hazırda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini olan Həmid Bağırov Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanovun qaynıdır. Siyahını uzatmaq da olar.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Bu dərmanın dövlət qeydiyyatı ləğv edildi

One Comment

  1. atilla
    21/11/2016

    ne serh yazag?Bu bir basa tapsirigdi.Bir birinizle hakimiyyetde olanlar baglanin ki bir birinizle savasmayasiz.Savas icinde hakimiyyet zeifleyer.Bu dusunulmus bir sxemdi.Her kes bir birile bagli olsun ve hakimiyyete de kenar bir adam gire bilmez.Bu hakimiyyet guda yezne gayin dayi emi. bibi, xala .gohum egraba hakimiyyetidi.Gordunuzmu gardaslar hakimiyyetde bir dene kenar sexs yoxdu.Hami bir birile gohumdu.Nazirdi butun sulalesi vezifede.Icra hakimidi butun sulalesui arvad gohumlari vezifede.Bura avropa olkesi Azerbaycandi..

    Cavabla

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: