Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hakimiyyətdən Razi Nurullayevə təhqiramiz təklif – YAXCP

Son dönəmlər Azərbaycan siyasətində bütün dönəmlərin ən uğursuz cəhdi olan AXCP-ni “özəlləşdirmək”, partiyanı bu dəfə də Razi Nurullayevə təslim etmək cəhdi artıq məntiqi sonuna yaxınlaşmaqdadır.

24saat.org saytının özəl mənbələrdən əldə etdiyi informasiyaya görə, bu günlərdə AXCP adına iddialı olan Razi Nurullayevə hakimiyyət tərəfindən heç kimsənin qəbul etməyəcəyi təklif edilib. Belə ki, sabiq AXCP üzvünə partiyanı parçalamağı tapşıranlar indi də ona başına yığdığı adamlarla birlikdə formalaşdırdığı təşkilata Yeni Azərbaycan Xalq Cəbhəsi Partiyası (YAXCP) adını seçməyi tövsiyyə ediblər.

Nurullayevin həmin tövsiyyəyə mənfi cavab verməyə cəsarət edəcəyi isə inandırıcı görünmür.

Başqa sözlə, Qüdrət Həsənquliyevdən sonra Nurullayevin də fiaskosuna şahidlik edən YAP hakimiyyəti AXCP-ni ələ keçirmək planından bu dəfə də əl çəkməli olub.

24saat.org

 

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Əli Orucovdan Vaqif Hacıbəyliyə sərt cavab

%d bloqqer bunu bəyənir: