Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hakimiyyətdəki “gülənçilər” təşvişdə

Referendumdan sonra təmizləmələrə başlanılır

İyulun 15-də Türkiyədə baş verən hərbi çevriliş cəhdindən sonra bu ölkədə Fətullah Gülən tərəfdarlarına qarşı başlanan əməliyyatlar Azərbaycan hakimiyyəti üçün ciddi başağrısına çevrilib. Gülənin ən ciddi dayaqlarının olduğu ölkə kimi Azərbaycanın adının ön sıralarda çəkilməsi rəsmi Ankaranın Bakıdan bu əməliyyatlara dəstək tələb etməsilə ciddiləşir. Azərbaycan hakimiyyəti müxtəlif üsullarla bu tələbdən yayındıqca Ankaranın israrı daha da artır.

24saat.org-a daxil olan məlumata görə, artıq Azərbaycan hakimiyyəti tələbi yetirmək məcburiyyətində qalıb. Məlumatda iddia edilir ki, hakimiyyətə yaxın mediada iqtidardakı “gülənçilər” barədə məlumatlar dərc etməsi bununla bağlıdır. Hətta bəzi media orqanları məlumat yayıb ki, hakimiyyətdə 1000-ə yaxın “gülənçi” məmur var. Həmin saytın məlumatına görə, referendumdan sonra həmin məmurlar tutduqları vəzifədən azad ediləcəklər.

24saat.org-a daxil olan məlumatlarda da oxşar iddialar var. Məlumatda bildirilir ki, hakimiyyətdəki bir qrupun “gülənçi problemi”ni çözmək üçün müxalifətçiləri bu adla həbs etmək ideyası əks effekt verib. Artıq hakimiyyət ideoloqları da bu qənaətdədirlər. Ona görə də bu layihəni dayandırmaq qərarı veriblər. Məlumatda bildirilir ki, hökumətdə əksəriyyət əsl “gülənçilər”in sıradan çıxarılmasının tərəfdarıdır. Demək olar ki, artıq bu qərar şəklindədir. Bildirilir ki, “gülənçilər” sadəcə işdən çıxarılmaqla cəzalandırılacaq. Onların həbs ediləcəyi isə gözlənilmir.

Lakin bəzi ekspertlər hesab edir ki, hətta bu da iqtidar daxilində təlatümlərə səbəb ola bilər. Ona görə də plan referenduma qədər təxirə salınıb. Referendumdan sonra isə təmizləmələrin başlanacağı gözlənilir.

24saat.org 

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Eldar Mahmudovu 40 mühafizəçi qoruyub – SƏBƏB…

%d bloqqer bunu bəyənir: