Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Hakimiyyət ”Respublika” təşviqat qrupunu qeydə aldırmadı

Arif Hacılı: ”Hakimiyyət bu davranışı ilə referendumu bir oğurluq əməliyyatı kimi xəlvət keçirmək niyyətində olduğunu bir daha ortaya qoydu”

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Müsavat Partiyasının sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün yaratdığı “Respublika” təşviqat qrupunun müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, MSK bununla bağlı araşdırma aparıb: “Məlum olub ki, təqdim edilən etibarlı imzaların sayı qrupun qeydə alınmasına kifayət etmir”.

Müzakirələrin yekununda “Respublika” təşəbbüs qrupunun qeydiyyatı səsverməyə çıxarılıb, amma qrup qeydə almayıb.

“Respublika” təşviqat qrupunun imzatoplama kampaniyasında “D18” Hərəkatı da iştirak edib. Ümumilikdə, 41 128 imza toplanıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı “facebook” səhifəsində MSK-nin qərarını bəhanə kimi qiymətləndirib: “41 mindən çox imzadan 3 minində əsasən şəxsiyyət vəsiqələrinin məlumatlarında qüsurlar var bəhanəsi ilə. Hakimiyyət bu davranışı ilə referendumu bir oğurluq əməliyyatı kimi xəlvət keçirmək niyyətində olduğunu bir daha ortaya qoydu. Bu bizi mübarizədən çəkindirməz. Həm kütləvi aksiyaların keçirilməsi, həm müşahidə işinə diqqəti daha da artıracağıq. Ölkənin Cümhuriyyət dəyərlərindən yayındırılmasına imkan verməyəcəyik”.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Ceyhun Osmanlı ilk dəfə hər şeydən danışdı – Eksklüziv

%d bloqqer bunu bəyənir: